Ötən il Eurovision yarışmasındakı rüsvayçılıq İTV-nin ictimaiyyətə nə qədər dəyər göstərdiyindən xəbər verirdi
/Aran agentliyi
Eurovision - İTVBelə ki, dünyanın heç bir ölkəsində final mərhələ 5 iştirakçının qalması kimi fakt qeydə alınmasa da, bu İTV-də yayımlanan "Eurovision" seçmələrində baş verdi. Analoqu olmayan bu hadisəyə ən geridə qalmış ölkədə belə rast gəlmək mümkün olmasa da, İsmayıl Ömərovun başçılıq etdiyi telekanalda bu, mümkün oldu. Builki seçmələrin səviyyəsini görəndə Azərbaycan tamaşaçısı digər telekanallarda yayımlanan mahnı yarışmalarına şükür oxudu. İki müğənninin övladlarına görə, bütün dünya analoqu olmayan beşliklə üz-üzə qaldı. Lakin bunun arxasında başqa məqamlarda dururdu. Belə ki, əlavə 2 iştirakçını deyilənə görə, 2 nazir balası maliyyələşdirirdi. İsmayıl Ömərov hətta bu nazir balalarının qarşısında aciz olduğu üçün, özünün favoriti olan Arzumu qalib etmək gücünə malik olmayıb.