Tarix : 2012 Feb 01
Kod 28346

''Şiələrin qanını axıtmaq haramdır!''

İraqın Əhli-Sünnə Alimləri Cəmiyyəti İraqda fəaliyyət göstərən bəzi təkfirçi qüvvələrin şiələrin qanlarının axıdılması çağırışlarını tənqid edib
/Aran agentliyi

 

İraqın Əhli-Sünnə Alimləri Cəmiyyəti İraqda fəaliyyət göstərən bəzi təkfirçi qüvvələrin şiələrin qanlarının axıdılması çağırışlarını tənqid edib

Cəmiyyətin yaydığı bəyanatda deyilir ki, İraqın indiki siyasi böhranlı vəziyyətində bəzi təkfirçi dəstələr şiələrin qanlarının axıdılması çağırışlar edirlər ki, biz bu çağırışları məhkum edirik və bildiririk ki, şiələrin qanlarının axıdılması haramdır.

Dövlətin və ictimai təşkilatları təkfirçilərə qarşı fəaliyyətə çağıran bəyanatda deyilir ki, yalnız birgə əməkdaşlıq nəticəsində İraq xalqı məzhəb ayrı-seçkiliyi fitnəsinə giriftar olmayacaqdır.

Bəyanatda daha sonra deyilir ki, bütün bu çağırışların əksinə İraq xalqı dinindən, məzhəbindən və millətindən asılı olmayaraq bir-birilə sülh şəraitində yaşamalı və bir-birlərinin haqlarına hörmətlə yanaşmalıdırlar.

Ahlibeyt

  • Yazılıb
  • da (də) 2012 Feb 01