Tarix : 2012 Feb 01
Kod 28347

Türkiyə Fransanın qərarını müsbət qarşılayıb

Türkiyənin xarici işlər nazirliyi Fransada Osmanlı Türklər tərəfindən ermənilərin soy-qırımını inkar edənlərin cəzalandırılması haqdakı qanunu yenidən nəzərdən ...
/Aran agentliyi

Türkiyənin xarici işlər nazirliyi Fransada Osmanlı Türklər tərəfindən ermənilərin soy-qırımını inkar edənlərin cəzalandırılması haqdakı qanunu yenidən nəzərdən keçirmək tələbi və bu qanun layihəsinin yenidən nəzərdən keçirilmək üçün konstitusiya şurasına göndərilməsini müsbət qarşılayıb.

Türkiyənin xarici işlər nazirliyi bir bəyanatda belə bildirib: Şərafətli təşəbbüsü müsbət qarşılayırıq. Hazırda Fransa konstitusiya şurasının hökmünü gözləyirik və bu hökmün Fransadakı köklü və əsaslı demokratiya ənənələri və Fransa qanunları ilə uyğun olmasına inanırıq.

Fransada hətta əgər bir layihə parlament üzvlərinin əksəriyyət səsi ilə təsdiq edilməsi təqdirində belə yenidən nəzərdə keçirilmək üçün bu ölkənin konstitusiya şurasına göndərilə bilər.

Fransa senatı ötən həftə 127 lehinə, 86 əleyhinə və bir neçə saat mübahisə və müzakirədən sonra qeyd edilən layihəni qəbul etdi.

Hələ Fransa prezidenti Nikola Sarkozi tərəfindən imzalanmış bu layihə 2011-ci il dekabrın 22 də Fransa parlamentində təsdiq edildi.

  • Yazılıb
  • da (də) 2012 Feb 01