Ermənistanın “Eurovision” Mahnı Müsabiqəsindəki təmsilçiliyinin müdiri Qohar Kasparyan bir müddət öncə Ermənistanın Bakıda ...
/Aran agentliyi
Ermənistanın “Eurovision” Mahnı Müsabiqəsindəki təmsilçiliyinin müdiri Qohar Kasparyan bir müddət öncə Ermənistanın Bakıda keçiriləcək musiqi yarışmasında iştirak edəcəyini təsdiqləyərkən Bakıya qadın müğənni göndərə biləcəklərini söyləmişdi.
Azərbaycan Respublikasının Modern Xəbər Agentliyi xəbər verir ki, Ermənistanın “Jamanak” qəzetinin bu gün yaydığı məlumata görə, “Eurovision-2012” Mahnı Müsabiqəsində Ermənistanı Bakıda anadan olan Lusina Mun təmsil edə bilər. Bakıya göndəriləcək Ermənistanın “Eurovision” təmsilçisi hazırda ABŞ-da yaşayır. O Bakıda anadan olub.
Müşahidəçilər “Eurovision-2012” Mahnı Müsabiqəsinin Bakıda keçirilməsi, onun çərçivəsində Bakıda "Gey-Parad"ın planlaşdırılması və Ermənistanın bu pozğun müsabiqədə Amerikada yaşayan Bakıda doğulmuş qızla təmsil olunmasını Azərbaycan Respublikasına qarşı bir mürəkkəb siyasi plan hesab edirlər.