Azərbaycan Respublikası Birləşmiş Mİllətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Suriya müzakirələrində iki yol ayrıcında sərgərdan və müstəqil qərar çıxarmaqda aciz bir ölkədir
/Aran agentliyi
Azərbaycan Respublikası Birləşmiş Mİllətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Suriya müzakirələrində iki yol ayrıcında sərgərdan və müstəqil qərar çıxarmaqda aciz bir ölkədir.
Aldığımız məlumata əsasən, Azərbaycan Respublikası bu müzakirələrdə Qərbin Suriyaya qarşı siyasətləri, yaxud Rusiyanın Qərbin Suriyadakı müdaxiləsi ilə müxalif siyasətlərindən təsirlənib-təsirlənməcəyini bilmir.
Bakı medialarının məlumatına əsasən, Azərbaycan Respublikasının BMT-dəki səfiri Aqşin Mehdiyevin hələlik Ərəb Liqasının qətnamə layihəsinə səs verməyə hazır olduğunu ifadə etmədiyi bildirilir.
ABŞ və onun təsiri altında olan Ərəb Liqasının hazırladığı anti-suriya qətnamə layihəsinə ABŞ, Fransa, İngiltərə, Almaniya, Portuqaliya, Kolumbiya, Cənubi Afrika Respublikası, Toqo, Pakistan, Mərakeş və Qvatemala səs verməyə hazır olduqlarını bildirir.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib ki, Azərbaycanın Suriya məsələsində ölkəmizin ərəb dünyası ilə sıx həmrəyliyi, tarixi və mədəni əlaqələr nöqteyi-nəzərindən çıxış edir!
Azərbaycan Xarici İşlər Nazirliyinin təmsilçisi rəsmi Bakının Amerikapərəst Ərəb Dövlətləri Liqasının anti-suriya səylərini dəstəkləməyi bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikası dövləti Qarabağ və onun ətrafındakı işğal edilmiş ərazilərin vəziyyəti haqda BMT baş assambleyasına təqdim etdiyi qətnaməni Qərbin razılığını cəlb edib Amerika və Qərbin siyasətləri çərçivəsində hərəkət etdiyi üçün Təhlükəsizlik Şurasındakı üzvlüyünün qətiləşməsindən sonra geri aldı. Halbuki rəsmi Bakının TŞ-də iki illik qeyri-daimi üzvlüyü haqda yaranan fürsətdən ABŞ və Qərb siyasətlərinə qane olmaq yerinə, Az.R mili mənafeyinin xeyrinə istifadə etməsi gözlənilirdi.