Yanvar ayının 31-i Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 128-ci ildönümünü idi
/Aran agentliyi
Yanvar ayının 31-i Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 128-ci ildönümünü idi. Bu münasibətlə ölkəmizdə minlərlə insan Rəsulzadənin doğulduğu Novxanı kəndində Rəsulzadənin abidəsini ziyarət edib, anım mərasimi keçiriblər.
Nardaran ağsaqqalı Kərbəlayi Natiq Kərimov Deyerler.Org-a Məhəmməd Əmin Rəsulzadə haqqında fikirlərini bölüşüb: "Bismillahir Rahmənir Rahim. Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin və Şərqdə ilk demokratik respublikanın qurucusudur. Rəsulzadə ideyaları, Rəsulzadənin istədiklərindən bizim ölkədə bircə müstəlillik bərpa olunub. Müstəqilliyimiz əbədidir. Amma o ideyalar ki, Rəsuzladə istəyirdi ki, Azərbaycan xalqında görsün, o həqiqi azadlığı biz hələ ki, tapa bilməmişik.
Bizim insanlarımız, gənclərimiz, siyasi və ictimai xadimlərimiz, ailmlərimiz Rəsuzadənin qəbrini ziyarət edirlər. Bu dövlət miqyasında olmalıdır. Belə olmamasının səbəbi də odur ki, onlar tamamilə başqa ideyalı insanlardır. Rəsulzadə isə Azərbaycan xalqına başqa günlər arzulayırdı. İnşaallah ki, zaman öz nöqtəsini qoyacaq. İnsanlarımız doğrudan da əsl azadlığa, əsl hürriyətə çıxacaqlar. Rəsulzadə və başqa AXC qurucuları Azərbaycan xalqının istiqlaliyyəti uğrunda özlərini fəda ediblər. Kimi Sibirə sürgün olundu, kimi güllələndi, kimi də məcbur olub mühacirət elədi və böyük işlər gördü. Bunlar hamısı tarixin səhifələrindədir və tarix açılacaq. Xalqımız da bu insanların, ələlxüsus da Məhəmməd Əmin Rəsulzadənin, Əli Bəy Hüseynzadənin nə qədər gözəl insanlar olduğunu daha dəqiqliklə görəcəklər inşaallah".
Deyerler.Org