Tarix : 2012 Feb 01
Kod 28351

Azərbaycan Suriya çıxmazında: Qərb yoxsa Rusiya?

Azərbaycan Respublikası BMT TŞ-nin qeyri-daimi üzvü olaraq, Suriya məsələsi ilə bağlı müzakirələrdə çıxılmaz vəziyyətlə üzləşib, müstəqil qərar verməyə çətinlik çəkir
/Aran agentliyi

 

Azərbaycan Respublikası BMT TŞ-nin qeyri-daimi üzvü olaraq, Suriya məsələsi ilə bağlı müzakirələrdə çıxılmaz vəziyyətlə üzləşib, müstəqil qərar verməyə çətinlik çəkir.
Daxil olan məlumatlara görə, Azərbaycan Respublikası bu məsələdə kimin yanında qərar tutacağını dəqiqləşdirə bilmir; Suriyaya qarşı düşmənçilik siyasəti yürüdən Qərbin, yoxsa Qərbin müdaxilələri ilə müxalif olan Rusiyanın?
Bakı medialarının məlumatlarına görə, Azərbaycan  Respublikasının BMT-dəki səfiri Aqşin Mehdiyevin hələlik Ərəb Liqasının qətnamə layihəsinə səs verməyə hazır olduğunu ifadə etmədiyi bildirilir.
ABŞ və onun təsiri altında olan  Ərəb Liqasının  hazırladığı anti-Suriya qətnamə layihəsinə ABŞ, Fransa, İngiltərə , Almaniya, Portuqaliya, Kolumbiya, Cənubi Afrika Respublikası, Toqo, Pakistan, Mərakeş və Qvatemala səs verməyə hazır olduqlarını bildirir.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev isə deyib ki, Azərbaycanın Suriya məsələsində ölkəmizin ərəb dünyası ilə sıx həmrəyliyi, tarixi və mədəni əlaqələr nöqteyi-nəzərindən çıxış edir!
Azərbaycan Xarici İşlər Nazirliyinin təmsilçisi  rəsmi Bakının Amerikanpərəst Ərəb Dövlətləri Liqasının anti-Suriya səylərini dəstəkləməyi bildirib.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası hökumətinin özü, işğal altında olan ərazilər və Qarabağın vəziyyəti ilə bağlı BMT-nin Baş Assambleyasına təqdim etdiyi qətnamə layihəsini, Qərbin razılığını əldə etmək və Amerikanın siyasətləri çərçivəsində hərəkət etmək məqsədilə, BMT TŞ-yə qeyri-daimi üzvlüyünün qətiləşməsinin ardınca, geri çəkdi. Halbuki, Bakının BMT TŞ-yə üzvlük nəticəsində yaranmış şəraitdən Azərbaycan Respublikasının milli maraqları istiqamətində yararlanması gözlənilirdi.

Səhər.TV

  • Yazılıb
  • da (də) 2012 Feb 01