Tarix : 2012 Feb 01
Kod 28352

Tehran konfransında Qarabağ problemi müsəlman ictimaiyyətinə çatdırıldı

Xəbər.İnfo xəbər portalı, “Birlik” təşkilatının sədri və birlik.az saytının baş redaktoru Vüsal Hətəmovun “Doğru xəbər” qəzetinə verdiyi müsahibəni təqdim edir
/Aran agentliyi

Xəbər.İnfo xəbər portalı, “Birlik” təşkilatının sədri və birlik.az saytının baş redaktoru Vüsal Hətəmovun “Doğru xəbər” qəzetinə verdiyi müsahibəni təqdim edir.

- Vüsal müəllim bildiyimiz kimi Tehranda keçirilən “İslam oyanışı və gənclər” mövzusunda tədbirdə iştirak etmisiniz. Bu tədbirin mahiyyəti nədən ibarət idi?

 

- Ərəb baharı dünyaya bir daha sübut etdi ki, müsəlman dünyası demokratiya uğrunda lazım gələrsə, canından belə keçməyə hazırdır. Misir, Liviya, və Tunis ölkələri buna bariz nümunədir. Bildiyimiz kimi, bir il ərzində bir neçə müsəlman dövlət bunu praktiki olaraq həyata keçirdi. Əlbəttə, İslami Oyanışın əhatəsi təkcə bu bir il ərzində baş verənlərlə bitmir. 1979-cu ildə İran İslam İnqilabı, 1991 ci ildə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırzğızıstan, Türkmənistan, Tacikistan sübut etdi ki, bu İslami Oyanış hərəkatı birdən birə yaranmayıb, bu hadisə müsəlman dünyasının, müsəlman xalqlarının Kərbəlada nümunəsi göstərilmiş məktəbdən bəhrələnməsinin məntiqi nəticəsidir. Bu tədbir bizim ölkə üçün xüsusi əhəmiyyət daşıyırdı. Belə ki, 20 yanvar hadisəsində xalqımız yüzlərlə şəhid verdi, 20 ilə yaxındır ki, davam edən Qarabağ müharibəsində 20 mindən çox şəhid vermişik. Və indi də son proseslər göstərir ki, antiislam tədbirlərə qarşı ölkəmizdə dini dirəniş var. Tədbir çox əzəmətli olmağı ilə birgə özündə bir çox mütərəqqi ideyaları ehtiva edirdi. Tədbir sübut etdi ki, qalib müsəlman ölkələri bu inqilabları qaragüruh formada həyata keçirmir və lazım gəldikdə qələbədən sonra birgə anlaşma üçün də bir yerə toplaşa bilir.

 

- İslam Oyanışı dedikdə konkret hansı mövzular və hadisələr nəzərdə tutulur?

 

- Zülmə, zillətə, antidemokratiyaya, ümumilikdə sionizmin bu gün dünyada apardığı mənfur siyasətə qarşı mübarizə bu mövzunun əsasını təşkil edirdi.

 

- Tədbirin miqyası haqqında nə deyə bilərsiniz? Yəni hansı ölkələr və nə qədər iştirakçı var idi?

 

- Bütün qitələrdə olan ölkələrin nümayəndələri gəlmişdilər. Təkcə müsəlmanlar yox, digər dini mənsubiyyətli ölkələrin vətəndaşları da tədbirdə iştirak edirdilər.

 

- Tədbirdə Azərbaycana nə qədər yer verilmişdi?

 

- Səhv etmirəmsə, ölkəmizdə yerləşən İran İslam Respublikasının səfirliyi tərəfindən göndərilən dəvətnamə əsasında 35 nəfər dəvət olunmuşdu. Ümumilikdə, 1300-ə yaxın xarci vətəndaş iştirak edirdi.

 

- Azərbaycan mətbuatında İranın ölkəmizə qarşı siyasətində yanlışlıqların olduğu vurğulanır. Bu məsələ haqqında nə deyə bilərsiniz?

 

- Rəsmi şəkildə belə bir hadisənin şahidi olmadım.

 

-Bu kimi tədbirlərin təsir imkanları və xeyirli tərəfləri haqqında necə düşünürsünüz?

 

- Hesab edirəm ki, indiki zamanda bir neçə şəxs bir yerə toplaşa bilirsə, bu özü mühüm bir işdir. Qaldı ki, bu tədbirə, bayaq dediyim kimi, mindən yuxarı xarici vətəndaşın qatıldığı tədbirin əzəməti, əlbəttə ki, islamafobların başını hələ bir neçə müddət gicəlləndirəcək. Bu tədbiri görən hər hansı işğalçı dövlət çətin ki, müsəlman dövlətlərinə qarşı açıq hücuma keçsin. Bundan başqa, biz azərbaycanlılar bir neçə ölkə nümayəndələrinə Qarabağ problemi haqda danışdıq və onlardan bu hadisələrin həqiqətini işıqlandırmalarını istədik. Biz fürsətdən istifadə edib Qarabağ problemini dünya xalqlarının və İslam ümmətinin diqqətinə çatdırdıq. Dünyanın müxtəlif müsəlman ölkələrindən konfransa qatılanlarla ümumi və fərdi şəkildə görüşüb, bu problemin mahiyyəti və Azərvbaycanın işğala məruz qalması barədə faktlar ortaya qoyduq. Eyni zamanda torpaqlarımızın işğaldan azad edilməməsində həmsədr ölkələrin səhlənkarlıqlarını və dini təəssübkeşliklərini diqqətə çatdırdıq.

xeber.info/birlik.az

  • Yazılıb
  • da (də) 2012 Feb 01