Gürcüstanda yaşayan bir qrup azərbaycanlı gənc Fransada “erməni soyqırımı”nın inkar edilməsini cinayət hesab edən qanunun Senat tərəfindən qəbul edilməsinə ...
/Aran agentliyi
Gürcüstanda yaşayan bir qrup azərbaycanlı gənc Fransada “erməni soyqırımı”nın inkar edilməsini cinayət hesab edən qanunun Senat tərəfindən qəbul edilməsinə görə Fransanın Gürcüstandakı səfirliyi qarşısında aksiya keçirib. (aksam)
Aksiyada iştirak edən gənclər əllərində Azərbaycan, Türkiyə və Gürcüstan bayraqları tutaraq, “Türk düşməni Sarkozi”, “Sarkozi ifadə azadlığı düşmənidir”, “Sarkozi demokratiya qatili” kimi şüarlar səsləndiriblər. Bundan başqa, etirazçılar əllərində “Sarkozi, Xocalını unutma”, “Demokratiyanı öldürməyə heç vaxt icazə verməyəcəyik”, “Tarixi təhrif etməyə yox” kimi şüarlar yazılmış plakatlar da tutublar.
Deyerler.org