Tarix : 2012 Feb 02
Kod 28367

Bakı parlamentində anti-İran sfermanın intensivləşməsi

Azərbaycan Respublikası parlamenti anti-İran siyasətlərinin davamında öz ölkəsinin adının dəyişdirilməsini təklif edib. Yaxşı olar ki, tarixi ''Aran'' adını seçsinlər
/Aran agentliyi

Azərbaycan Respublikası parlamenti anti-İran siyasətlərinin davamında öz ölkəsinin adının dəyişdirilməsini təklif edib. Yaxşı olar ki, tarixi "Aran" adını seçsinlər

"Arannews"in Azərbaycanın dövlət informasiya agentliyi "APA"-ya istinadla verdiyi xəbərə əsasən, 1 fevralda Milli Məclisdə Azərbaycan Respublikasının adının dəyişdirilməsi məsələsi müzakirə olunub.

BAXCP sədri Qüdrət Həsənquliyev dövlətin adının dəyişdirilərək Şimali Azərbaycan Respublikası qoyulmasını təklif edərək deyib: "Çünki Azərbaycan ərazilərinin üçdə ikisi indiki İranın tərkibindədir".

AXCP sədrinin bu təklifinə millət vəkili Fərəc Quliyev də dəstək verib.

Azərbaycan Respublikasının adının dəyişdirilməsi təklifinə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da müsbət yanaşıb və Milli Məclisin yaz sessiyasının işlər planına İranla bağlı müzakirələr daxil edilməsini təklif edib. O, Azərbaycanın İrana qarşı tətbiq olunan sanksiyalara qoşulmasını da istəyib.

Hakim partiyadan olan millət vəkili Siyavuş Novruzov da Koreya ilə bağlı belə bir təcrübə olduğunu xatırladaraq Azərbaycan Respublikasının adının dəyişdirilməsi təklifini dəstəkləyib.

Bakı dövlətinin anti-İran siyasətlərinin davamında önə çəkilmiş bu mövzu elə bir haldadır ki, mötəbər tarixi mənbələrə əsasən, hal-hazırda Azərbaycan Respublikası adlanan bu ərazinin adı Aran olubdur və ona Azərbaycan adının işlənməsi 1918-ci ildən Məhəmməd Əmin Rəsulzadə tərəfindən başlayıbdır. Əlbəttə, Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Demokratik Respublikasının prezidenti ünvanı ilə iranlıların bu ada etirazlarının cavabında öz kitabında aşkar surətdə Azərbaycan Respublikası adının necə formalaşması və hazırkı vəziyyəti barədə yazır: "Hərbi-ümumidən (birinci dünya müharibəsi) əvvəlki rəsmi coğrafiyaya görə Azərbaycan, şimali İranda vaqe Təbriz ilə həvalisinə deyilirdi. Hərbdən və böyuk Rusiya ixtilalından sonra dillərdə dolaşan Azərbaycan salifüzzikr Azərbaycanın Şimalında Cənubi-Şərqi Qafqasiya qitəsindən ibarətdir ki, mərkəzi Bakıdır".

http://upload.wikimedia.org/wikipedia/commons/3/3e/Persian%28IRAN%29_Empire_1747.jpg

 

  • Yazılıb
  • da (də) 2012 Feb 02