Şəhid İmad Muğniyənin qızı Fatimə Dini Lider Ayətullah Xameneyi cənablarına xitab etdi
/Aran agentliyi
Şəhid İmad Muğniyənin qızı Fatimə Dini Lider Ayətullah Xameneyi cənablarına xitab etdi.
Azadxeber.az saytı Velfecre istinadən xəbər verir. İranda İslami oyanış konfransında Livan Hizbullahının mücahid və şəhid komandiri İmad Muğniyənin qızı Fatimə Dini Lider Ayatullah Xameneyi cənablarına belə müraciət etdi.
Bismilləhir rahmanir rahim.
Vəssəlatu-vəssəlamu alə əşrəfil xalqi, seyyidina və həbibi qulubina Əbil Qasim Mühamməd ibn Abdullah, və alə alihit teyyibinə və tahirin.
Ey sərvərim və Vəlim. Ey ümmətin Rəhbəri. Qardaşlarım və bacılarım. Muqavimət və müqavimətçilərin ürəyindən, müqavimət, cihad və İslam yurdu olan Fələstinində müqavimət səhnəsi olan Livandan, Şəhid Seyid Abbas Musəvidən, Şəhid Şeyx Ragip Hərbdən, Şəhid Komandir İmad Muğniyə və müqavimət rəhbəri, iman və səbr əri Seyid Həsən Nəsrullahın ölkəsindən sizə salamlar olsun. Mən Fatimə, 25 ildən çox bir müddət ərzində bütün kəşfiyyat və təhlükəsizlik qüvvələrinin səylərini suya salan və kəşfiyyat şəbəkələrini çökdürərək dünyanın ən böyük ordularının, yəni Amerika və İsrail ordusunun heybetini ortadan qaldıran o böyük mücahidin qızıyam.
Bu gün mən və İmad Muğniyənin yüzlərlə tələbəsi, həmçinin yüzlərlə inqilabçı gənc, tağutların bir-birinin ardınca aşdığı və İslam günəşinin təkrar doğulduğu bir arada İrana gəldik, ta ki, beləliklə İslam İnqilabının nurundan, əziz və həkim İnqilab Rəhbərimizdən şəhidlərimizin yolunu necə davam etdirək, pak qanlarını necə qoruyaraq, İslam düşmənlərinin siyasətləri qarşısında necə mübarizə edəcəyimizin ilhamını almaq üçün gəldik. Inqilabın ruhunun gözəl qoxusundan müqavimətin təsis edildiyi bir ölkəyə gəldik. Müsəlman gənclər olaraq İslamı müdafiə edərək müqaviməti davam etdirmə və ölkələrimizi müstəkbir çirkli varlıqlarından təmizləmə sözünü verməyə gəldik.
Anlayış və başlıqları yenidən ələ alaraq meydana gələn, hadisələrin həqiqi mənalarını ifadə edən və əsl olanı yəni həqiqəti göstərərək batilin və təhrif edilən həqiqətlərin üzündəki örtüyü qaldıran bu beynəlxalq konfrans bizə və bütün ümmətə müqəddəs olsun! Tarixi tarixlə, qanı qanla, cihadı cihadla, inqilabı inqilabla və zəfəri zəfərlə quran bu bağ, bizə və şərqdən qərbə bütün ümmətə müqəddəs olsun!
İslami oyanışın, ümidin səbəbi təkdir; peyğəmbərlik çayından dəstəmaz almış və ən şərəfli təlimdən dərs almış Qumlu bir insan, günün birində hər kəs yatarkən ayağa qalxdı və tarixin dərinliklərindən "Zillətsiz ölüm həyatdır" deyə haykırdı. Bütün varlığı ilə qışqırdı: "Məscidlər sipərlərinizdir. Sipər yerlərinizi boş buraxmayın ", ta ki, beləliklə İslam ümməti oyanaraq müzəffər olsun və İslamın bayrağı İmam Mehdinin liderliyindəki Allahın qullarının əliylə dalğalansın!