Tarix : 2012 Feb 02
Kod 28370

Imam Sadiq (ə): ''Azadə hər bir halda azadədir''

''Sən namaz qılmalısan, hicab geyinməlisən! - deyə güc göstərmək düzgün deyil
/Aran agentliyi

 

 

"Sən namaz qılmalısan, hicab geyinməlisən! - deyə güc göstərmək düzgün deyil.

Uşağa deyəndə ki, "Dur, ziyarətə gedək!, o, dərhal qalxıb yola düzəlir. Hətta ziyarətdən qayıdarkən «bir də nə vaxt gedəcəyik?» soruşur. İlk əvvəllər uşaq namaza, oruca da belə həvəsli olur. Amma vaxt ötdükcə süstləşir, maraqlar dəyişir. Valideyn əvvəlcə mülayim, sonra isə qəzəbli halda onu ibadətlərə məcbur etməyə çalışır. "Sən namaz qılmalısan, hicab geyməlisən! - deyə güc göstərir. Amma nə qədər ki, uyğun süstlüyün səbəbləri tapılmayıb, danlaqlar faydasızdır.

Hicabın məfhumu aydınlaşdırılmalıdır. Qadın anlamalıdır ki, hicabda onun cismi və ruhu üçün misilsiz faydalar vardır. Əgər bu məfhumları açıqlaya bilsək, "-Hicab ört demək lazim deyil. Qadını başqaları yox, öz düşüncəsi hicaba dəvət etməlidir. Axı modernizmə vurğun qıza Zeynəbi (s.ə) ideal göstərməyin faydası nədir? Artıq onun üçün televiziyada gördüyü manikenlər, aktrisalar bütə çevrilmişdir. Bu bütü sındırmadan qadının diqqətini dini dəyərlərə yönəltmək qeyri-mümkündür. O, artıq qurbandır!

İmam Sadiq (ə): «Azadə hər bir halda azadədir. Ona bəla və çətinlik üz verən zaman səbr edər. Əgər başına müsibətlər yağsa da, əsirliyə düşsə də, məğlub olsa da, rahatlığını əldən verib çətinliyə, yoxsulluğa düçar olsa da bütün bunların heç biri onu sındırmaz. Əmin Siddiq Yusif kimi! (Allahın salamı ona olsun). Onu qul da etdilər, məğlub da oldu, əsir də götürüldü, amma bunların heç biri onun azadəliyinə xələl yetirmədi».

(əl-Kafi, c.2, səh.89, hədis 6)

İmam Əli (ə): «İnsanların ən insaflısı, hakimin hökmü olmadan özündən insaf tələb edəndir».

(Ğurərul-hikəm, hədis 3345)

Həmçinin bu gün 1 Fevral 2012 cu il

(Hicri- 1433-cü il)

Rəbiul - Əvvəl ayının 8-zi İmam Həsən Əsgərinin (ə) şəhadəti günüdür.

 

  • Yazılıb
  • da (də) 2012 Feb 02