Tarix : 2012 Feb 02
Kod 28371

''Müsəlman əgər sənin əməllərini zalim hakim alqışlayırsa onda o an dayan və düşün''

Harada idi Səud, Qətər, Suriya müxalifəti?
/Aran agentliyi

 

Harada idi Səud, Qətər, Suriya müxalifəti?

Suriyada fitnə və zülm səngimək bilmir. Hər iki tərəf insanlığa və müsəlmanlığa sığmayan əməllərə mürtəkib olublar. Fitnə başlandı və nahaq qanlar axıdıldı. İndi də axıdılmaqdadır. Məgər çətindirmi bu fitnəni bir sivil müsəlman kimi oturub müzakirə edəsən və çözəsən. Bu hər iki tərəfə aiddir. Amma xeyr. Şeytan lənətlik öz işini məharətlə görməkdədir. Şeytan dar-düşüncəli müsəlmanın boğazına kəndiri atıb və öz arxasıyca çəkməkdədir. Amma yetər ki, bir sual ətrafında insan düşünsün və bir balaca da olsa bu məsələlərə öz içində aydınlıq gətirə bilsin. Nədir bu Suriya məsələsi? Fələstin 57-58 ildir ki, qəsbkar sionist İsrailin törətdiyi zülmün şahididir. Fələstin xalqının mücahid oğulları öz müqəddəs torpaqlarının azadlığı uğrunda canlarından və mallarından keçməkdə israrlıdırlar. Analar oğul böyüdüb Şəhid təqdim edirlər. Xalqın səsini Dünya HƏMAS, İSLAMİ CİHAD və digər təşkilatların vasitəsi ilə duymaqdadır.Fələstin xalqı məzlumdur amma yazıq deyil və olmayacaqdırda. Haradadır bəs Səud, Qətər, İordan, Ərəb Birliyi Dövlətləri, Suriya müxalifəti. Niyə indiyə qədər Fələstin Xalq Müqavimətinə açıq aşkar dəstək olmurdular. İndi də heç olmurlar. Hər nə də olsa müsəlmançılıq vəhdətinə xatir dəyməzmi Suriya rejimi ilə oturub müzakirələr aparılsın. Axı bu dövlətlərdən fərqli olaraq Əsəd rejimi daima Fələstinlilərlə bir yerdə olub. Ona görə də HƏMAS və İSLAMİ CİHAD Suriya məsələsində susurlar. Əsədə zalim kafir deyə bilmirlər. Onlar vicdanlarına qulaq asıb Əsədin Fələstin müsəlmanları üçün etdiklərini unuda bilməzlər. Amma onları da indi qınamalı deyil. Bütün pullu ərəb şeyxləri Əsədin devrilməsini istəyirlər. Məsələləri sülh və danışıqlar yolu ilə deyil qanla həll etmək istəyirlər. NİYƏ? HƏ bax bunun qaranlıq qalan tərəfi VƏHHABİ amili və ABŞ, İsrail siyasətidir. Əsas priaritet məsələ də İRAN İSLAM rejiminin aradan aparılmasıdır. ÇÜNKİ 1979-cu ildən bu yana Fələstinə maddi və mənəvi yardımı məhz elə İran edib. İranın dəstəyi ilə Livanda ki, HİZBULLAH hərəkatı sionist İSRAİLƏ ölümcül zərbə endirdi. 33 günlük LİVAN HİZBULLAHININ apardığıl döyüş onun xeyrinə bitdi. Hamıya bəllidir ki, İSRAİL o döyüşdə nələri qurban verməli oldu. İndi axı bunun əvəzini çıxmaq lazımdır və neyləməli? Fələstinə və Livan Hizbullahına dəstək olan Suriya rejimində fitnə yaratmalı və bu rejimi aradan aparmalı. Sələfilik və Şiəlik ünsürlərini qabartmalı, İrana ən böyük zərbəni Suriya rüjimini aradan aparmaqla vurmalı. Dardüşüncəli Sələfi müsəlmanları arasında da, Şiə kafir, Şiə şirk əhli, İsraildən də qorxulu İslama Şiəlikdir kimi çırkin və batil fikirləri yaymalı. Budur həqiqət. Və bundan başqası da deyil. Yetər ki, ağıllı müsəlman bu məsələlər ətrafında təfəkkür edə və həqiqəti o zaman anlayacaqdır. Əgər müsəlman ağıllı olsa və nə isə bir əməl etdiyi an görsə ki, Allahın və İslam ümmətinin düşmənləri, ömürlərində bircə dəfə belə Allaha səcdə etməyənlər onun bu işinə əhsən deyib, alqış edib, dəstək dururlarsa, bax o zaman ağıllı müsəlman ayaq saxlayıb və düşünər. Axı niyə Allahın düşməni məni alqışlamalıdır və məni dəstəkləməlidir. Bəlkə mən hansısa bir əməldə səhvə və günaha mürtəkib olmuşam?

Amma sonda ALLAH Mütəalın Quranı Kərimdə buyurduğunu yada salmaq istərdim. "Onlar tədbir tökərlər Allah da tədbir tökər." Mümkün deyil ALLAHIN nuru sönsün. İslam tük qədər zəifləyəcəkdir amma itməyəcəkdir. 

Azadxeber

  • Yazılıb
  • da (də) 2012 Feb 02