Tarix : 2012 Feb 02
Kod 28372

Bakıda İslam İnqilabının qələbəsi mərasimi keçirilib

İmam Xomeyni(r.ə)-in 33 il öncə fevralın 1-də İslami İrana tarixi qayıdışının ildönümü günündə Bakının Vəli-Əsr Təhsil Kompleksində İslam İnqilabı zəngi çalınıb
/Aran agentliyi

İmam Xomeyni(r.ə)-in 33 il öncə fevralın 1-də İslami İrana tarixi qayıdışının ildönümü günündə Bakının Vəli-Əsr Təhsil Kompleksində İslam İnqilabı zəngi çalınıb

İran İslam Respublikasının Bakıdakı səfiri cənab Məhəmməd Baqir Bəhrami və Bakıda fəaliyyət göstərən iranlı qurumların rəhbər işçilərinin iştirakı ilə keçirilən bu mərasimdə 4-cü sinif şagirdlərindən ibarət musiqi qrupu "Xomeyni ey İmam" inqilab mahnısını oxuyublar.
İranın Bakıdakı səfiri də bu mərasimdə çıxış edərək, İslam İnqilabının İranın coğrafi sərhədlərini aşdığına və dünya səviyyəsində bir inqilaba çevrildiyinə işarə edərək, İslami Oyanışı İslam İnqilabının bəhrələrindən adlandırıb.
Cənab Bəhrami İslam İnqilabının nailiyyətlərinə işarə edərək, deyib: Düşmənlər digər region xalqlarının İslam İnqilabını nümunə götürmələrindən nigarandırlar.
Bu mərasimdə həmçinin "İmam Xomeyni(r.ə)-dən bir cümlə" adlı müsabiqə də keçirilib.

  • Yazılıb
  • da (də) 2012 Feb 02