Tarix : 2012 Feb 02
Kod 28373

Əliyevlərin Türkiyə siyasəti ifşa edildi

“Azərbaycan hər hansı məsələdə Türkiyəni nəzərə almır”
/Aran agentliyi

 

“Azərbaycan hər hansı məsələdə Türkiyəni nəzərə  almır”

Rəsmi Bakının mövqesizliyinə bu dəfə “Star” işıq tutdu
Fransa Senatında “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun qəbuluna səssiz mövqe sərgiləyən Azərbaycan hakimiyyətinə qarşı Türkiyə cəmiyyətinin etirazı davam edir. Qardaş ölkənin aparıcı media qurumları artıq neçə gündür, Azərbaycan hakimiyyətini mövqesizlikdə, “bir millət iki dövlət” şüarına xəyanətdə və Türkiyə-Azərbaycan münasibətlərinə layiq olmayan addımlarda günahlandırır. “Yeni Şəfəq”, “Türkiyə”, “Hürriyət” kimi aparıcı qəzetlərdən sonra Türkiyə hakimiyyətinə yaxınlığı ilə tanınan “Star” qəzetində tanınmış köşə yazarı Beril Dədəoğlunun “İndi Azərbaycanın sırasıdır” başlıqlı məqaləsi dərc olunub. Müəllif məqaləsində Türkiyənin böyük itkiləri gözə alaraq Azərbaycanın yanında yer aldığını, rəsmi Bakının isə bu addımlar qarşılığında heç nə etmədiyini vurğulayır. Məqaləni təqdim edirik…

İndi Azərbaycanın sırasıdır

Kipr problemi, “erməni soyqırımı” məsələsi və PKK terroru Türkiyənin həm qonşuları, həm də Qərb ölkələriylə əlaqələrinin “pozulma-düzəlmə tərəzisi” funksiyasını həyata keçirir. Belə zamanlarda Kipr məsləsindən Yunanıstan, “soyqırım” məsələsində Ermənistan, PKK məsələsində də İraq və ya Suriya ortada olduğundan bu ölkələrlə də əlaqələr pozulma-düzəlmə dolaylarında axıb gedər.
Əslində bu üç məsələnin ən az Türkiyə qədər birbaşa təsir etdiyi ölkələr də mövcuddur. Kipr məsləsində Britaniya Birləşmiş Krallığı, “erməni soyqırımı” mövzusunda Azərbaycan və PKK mövzusunda İran birbaşa mənfi təsirlənən ölkələrdir. Bu mövzular onların da xarici siyasəti baxımından mühüm əhəmiyyətə malikdirlər. Ancaq onlar bu problemlərin Türkiyənin problemi olaraq görülməsindən məmnundurlar.

Azərbaycan Kipr və PKK mövzularında səssiz qalıb

Bu üç ölkənin Türkiyənin problemləri qarşısında onun yanında yer aldğına dair bir görsəniş nəzərə çarpmır. Məsələn, PKK İranla Türkiyənin ortaq problemidir, hər iki ölkə də bu təşkilatın “Qərb tərəfindən” istifadə edildiyini düşünür. Amma İran bir gün belə qərblə hesaplaşmasında ona kömək edə biləcək addıma - Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) tanımağa cəhd göstərməyib. Bunu Türkiyə istəyərdimi, bəlli deyil. Amma İran da Türkiyə lehinə qlobal bir addım atmağı düşünməyib. Bənzər şəkildə Türkiyənin erməni və Ermənistan siyasətini dəstəkləyən Azərbaycan da Kipr və PKK mövzularında çox səssiz qalmağa üstünlük verib.

Digərləri bir yana, Azərbaycanla Türkiyə “bir millət-iki dövlət” şüarını istifadə edəcək qədər yaxın olduqlarını elan etmiş dövlətlərdir. Türkiyə Azərbaycanı Qarabağ məsələsində çətin durumda buraxmamaq üçün Ermənistanla normallaşma planlarını təxirə salmış və bunun çətinliklərinə dözməyi gözə almış bir tərəfdaşdır. Ancaq Azərbaycanın Türkiyə ilə bağlı hər hansı bir məsələdə itkiləri gözə almadığı vurğulanmalıdır. QKTC məsələsində ondan bir addım gözləmək üçün xeyli zaman keçir. PKK məsələsində “xəbərdarlıqlar”ın diqqətə alınacağı gözlənilir, ancaq erməni məsələsində Azərbaycanın Türkiyəni nəzərə aldığı görsənmir.

Minsk Qrupu üzərində düşünmək zamanı

Türkiyə Ermənistanla protokolları imzalayarkən Azərbaycan sərt rekasiya vermiş və sonra bu protokollar təxirə salınmışdı. Ancaq bu müddət ərzində Azərbaycan Ermənistanla danışıqlarını davam etdirirdi və Türkiyə danışıqlar barədə məlumatları Rusiyadan alırdı. Bu gün Türkiyə “soyqırım” məsələsi səbəbiylə Fransa ilə də əlaqələri pozulmuş bir ölkədir. Fransa Qarabağ münaqişəsinin sülh yoluyla həlli üçün qurulmuş ATƏT-in Minsk Qrupunun ABŞ və Rusiya ilə birlikdə həmsədridir.
Aydındır ki, Fransanı Ermənistanın istəyi ilə həmsədr ediblər. Amma Azərbaycan da bunu qəbul etmiş və məsələn, Türkiyənin də həmsədr olmasını bir şərt olaraq irəli sürməmişdir. Türkiyə problemin həllində Portuqaliya, Hollandiya, Finlandiya, İsveç və digərləri kimi bitərəf mövqedədir. Ancaq tərəfi bəllidir.
Dolayısı ilə Azərbaycan Türkiyədən məsələdən uzaq durmasını xahiş etmiş, Türkiyənin məsələyə qarışdıqca problemin həll edilmə ehtimalının aşağı olduğunu düşünmüş. Bənzər vəziyyət Türkiyə üçün də keçərlidir, Azərbaycan qarışdıqça Ermənistanla normallaşma baş tutmur.

Azərbaycan dönüb Türkiyə ilə əlaqələrinə baxarsa

Qarabağ məsələsində qismən yol alınsa da, problemin daimi həllinə hələ zaman lazım olacaq - Kipr problemi kimi uzanıb gedir. Türkiyə Kiprdəki digər vasitəçiləri aradan çıxardı və məsələnin həlli missiyasnı BMT-yə həvalə etdi. Azərbaycan isə hələ məsələni Rusiya, ABŞ və Fransanın birgə rəhbərliyi ilə davam etdirir. ABŞ və Rusiyanın uzlaşması halında problemin çözülləcəyi nəzərdə tutula bilər, amma Fransanın orada nə işinin olduğu sualı havada qalmağa davam edir.
Azərbaycan Türkiyə ilə əlaqələrinin rəngini açıq edə biləcəyi bir mərhələdə. Və əlində bir fürsət var. Fransanın həmsədrliyini qəbul etmədiyini bidirmək üçün yaxşı fürsətdir. Təbii ki, dönüb Türkiyə ilə əlaqələrinə baxarsa.

 

  • Yazılıb
  • da (də) 2012 Feb 02