Tarix : 2012 Feb 03
Kod 28381

Bakı kəndləri ayağa qalxdı

Bakı kəndlərində artıq iki sutkaya yaxındır ki, elektrik və qaz problemi yaranıb
/Aran agentliyi

 

Bakı kəndlərində artıq iki sutkaya yaxındır ki, elektrik və qaz problemi yaranıb. 

Sakinlərin Simsar.az-a verdikləri məlumata görə, Məhəmmədi kəndində yaşayan bir qrup sakin etiraz əlaməti olaraq Pirşağı yolunu bağlayıb. Aksiya iştirakçıları şaxtalı havalarda istilik sistemi olmadığı üçün evlərini qızdırmağın mümkün olmadığını bildiriblər. Yolu bağlayan kənd sakinləri evlərə elektrik enerjisinin verilməsini tələb edən şüarlar səsləndiriblər. Etiraz aksiyası baş verən əraziyə polis əməkdaşları da gəliblər. Buna baxmayaraq, aksiya hələ də davam edir.

 

 

  • Yazılıb
  • da (də) 2012 Feb 03