Tarix : 2012 Feb 03
Kod 28384

Eurovision qışda olsaydı

Güclü küləklə müşaiyət olunan qar yağışı Bakıda və ölkənin bir çox rayonlarında həyatı, demək olar ki, iflic edib
/Aran agentliyi

 

 Güclü küləklə müşaiyət olunan qar yağışı Bakıda və ölkənin bir çox rayonlarında həyatı, demək olar ki, iflic edib. Hələ dünən axşam saatlarından paytaxtda yollar buz bağlayıb. Qar yağışı vəziyyəti bir az da çətinləşdirib. Əlverişsiz hava proqnozlarına baxmayaraq, şəhər rəhbərliyi nəqliyyatın hərəkətinin və digər həyati xidmətlərin işinin təmin edilməsi üzrə ciddi tədbirlər görməyib. Yalnız paytaxtın əsas küçə və prospektlərinə qismən qum səpilib. Qaryığan texnikadan demək olar ki, istifadə olunmur. Enerji təchizatında ciddi fasilələr var. Xüsusən, Əhmədli, Binə, Lökbatan, Əmircan, Xətai rayonu NZS qəsəbələrində, habelə Bakının mərkəzində bir sıra yerlərdə elektrik enerjisi verilməsi dayandırılıb.

“Bakıelektrikşəbəkə” SC-nin mətbuat katibi Tanrıverdi Mustafayev bunu əhalinin elektrik qızdırıcılarından istifadə etməsi ilə əlaqədar şəbəkənin həddindən artıq yüklənməsi ilə izah edib.

HaqqYolu

  • Yazılıb
  • da (də) 2012 Feb 03