/Aran agentliyi
"Şahmat oyunu üçün insan gərək özünü rahat, azad, və qorxusuz hiss etsin."
Azadxeber.az saytının İşğalçı və separatçı Ermənistan mediyasına istinadən verdiyi xəbərə görə, Ermənistanın tanınmış şaxmatçısı Ermənistan yiğmasının lideri, qrasmeyster Levoan Aronyan Azərbaycanda keçiriləcək Dünya Şahmat turnirinə qatılmaqdan imtina edib. O bu haqda yazılı müraciət də edib. Prezidentlərinə və Şahmat federasiyasına məktub ünvanlayan Levoanyan deyib ki, "mən digər ölkədə keçirilən Dünya şahmat turnirlərinə hər an hazıram Amma Azərbaycan istisnadır. Çünki şahmat oyunu üçün psixoloji hazırlıq mühümdür. Fikir yalnız oyunda olmalıdır. Amma iki ölkə arasında münaqişə mənim bu oyunda fikrimin cəm olmasına maneə törədir. Çünki oyun Bakıda keçirilir. Hər hansı bir təhdid və tənqidlər məni üduzmağa yəni fikirimin cəm olmamasına gətirib çıxara bilər. Buna görə mən ora gedə bilmərəm."