Tarix : 2012 Feb 03
Kod 28386

''İslam İnqilabı İran xalqına izzət və azadlıq hədiyyə etdi''

Dünya müsəlmanlarının rəhbəri vurğulayıblar:İran İslam İnqilabı boğucu atmosferi aradan qaldırıb İran xalqına qəbul etdirilmiş ...
/Aran agentliyi

Dünya müsəlmanlarının rəhbəri vurğulayıblar:İran İslam İnqilabı boğucu atmosferi aradan qaldırıb İran xalqına qəbul etdirilmiş tarixi təhqiri məhv edərək İran xalqı üçün milli izzət və azadlığı hədiyə etdi.

Həzrət Ayətullah Üzma Xamenei bu gün cümə günü ( 3 fevral) Tehranın cümə namazı xütbələrində İslam İnqilabının qələbəsindən sonra İranın inkişaf və nailiyyətlərinə işarə edərək belə əlavə ediblər : Ötən 30 ildə İran xalqı bütün problemlərə , o cümlədən qəbul etdirilmiş 8 illik müharibə, sanksiya və terrorizmə qalib gəldi və bu problemlərin heç biri İslam İnqilabını zəiflədə bilmədi.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin Amerikanın İrana qarşı sanksiyalarının şiddətlənməsinə işarə edərək belə vurğulayıblar: Amerikanın sanksiyaları bu ölkənin acizliyinin nişanəsi və İranla məntiqsizliyinin nişanəsidir. Çünki Amerika zorakılıq və qan tökməkdən başqa bir məntiqə malik deyil.
Dünya müsəlmanlarının Vəliye Əmri öz sözlərinin davamında İranın gələcək İslam Şurası Məclisi seçkilərinə işarə edərək belə buyurublar: İran xalqının heybətini düşmənə açıq formada göstərən, düşməni qorxuya salan məsələ xalqın seçkilərdəki iştirakıdır.

Həzrət Ayətullah Üzma Xamenei sonra belə vurğulayıblar: Xalqın seçkilərdəki geniş iştirakı ölkənin bütün orqanlarının fəaliyyətlərinə təsir edə bilər və xalqın seçkilərdəki iştirakı nə qədər çox olsa, quruluş və ölkənin etibarı daha da artacaqdır.
Söhbətinin davamında region dəyişikliklərinə işarə edən dünya müsəlmanlarının Vəliye Əmri sonra xatırladıblar: Regionda zəfər çalmış inqilabların fəzasında o cümlədən Tunis, Misir və Liviyada xalq inqilabı nəticə verdi. Bu hadisə şirin və mübarəkdir.

İslam İnqilabının Böyük Rəhbəri daha sonra belə vurğulayıblar: Sionist rejimin zəifliyi, təcridi və fələstinli gənclərin gələcəyə ümidvar olması region ölkələrindəki inqilabın təsirlərindəndir.

Bəhreyn xalqının dünyanın başqa inqilablarından daha məzlumluğuna işarə edən Həzrət Ayətullah Üzma Xamenei belə vurğulayıblar: Bəhreyn xalqının inqilabı dünyanın bütün mediaları tərəfindən boykot edilibdir.

Həzrət Ayətullah Üzma Xamenei həmçinin Amerika və Avropanın iqtisadı-siyasi, beynəlxalq məsələlərdə zəifliklərindən söz açaraq belə xatırladıblar: Amerika, İraq, Əfqanıstan və Fələstin məsələlərində məğlubiyyətə uğrayıb və daxili məsələlərində də problemlərə düçar olub. Belə ki, ABŞ xalqının bu ölkənin müxtəlif ştatlarında  4 aylıq aksiyaları o cümlədəndir.

Dünya müsəlmanlarının Vəliyy Əmri ikinci xütbədə ərəb dilində, Qərbin ərəb ölkələrindəki xalq inqilablarını yayındırmaq üzrə cəhdləri haqda xəbərdarlıq edərək belə vurğulayıblar: Devrilmiş bütün rejimlərin müştərək cəhəti dini siyasətlər və hərəkətlərlə müxalifət, Qərbə muzdurluq, və Fələstin məsələsinə xəyanət olub.

 

  • Yazılıb
  • da (də) 2012 Feb 03