Tarix : 2012 Feb 03
Kod 28388

Azərbaycan Respublikasında iranlı qurumların fəaliyyəti məhdudlaşdırılır

Azərbaycan Respublikası bu ölkə ərazisində İran İslam Respublikasına bağlı qurumların fəaliyyətlərini məhdudlaşdırmaq ardıncadır
/Aran agentliyi

Azərbaycan Respublikası bu ölkə ərazisində İran İslam Respublikasına bağlı qurumların fəaliyyətlərini məhdudlaşdırmaq ardıncadır.
Bakıdakı müxbirimizin məlumatına görə, Azərbaycan Respublikası hökuməti iranlı qurumların fəaliyyətlərinə qarşı təhdidlərin davamında indi də Vəli-Fəqihin nümayəndəliyinin nəzarəti altında fəaliyyət göstərən Bakıda Yaşayan İranlıların Əhli-Beyt(ə) Hüseyniyəsinin fəaliyyətini məhdudlaşdırmaq niyyətindədir.
Bir neçə ay öncə də Azərbaycan Respublikasının Miqrasiya Xidmətinin məmurları Bakıda Vəli-Fəqihin nümayəndəlik ofisinə müraciət etmişdilər və hazırda da həmin ofisin rəis müavininə 1 illik qeydiyyat icazəsi verməkdən çəkinir.
Azərbaycan Respublikası iki ay öncə də İranın Teleradio Təşkilatının Bakı Ofisinin müdirinə viza verməkdən çəkinərək, onu ölkədən çıxmağa məcbur etmişdi. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi də rəsmən elan edib ki, İranın Bakıdakı Mədəniyyət Mərkəzinin işçilərinə viza verməyəcək.

 

  • Yazılıb
  • da (də) 2012 Feb 03