«Biz hər ümmətə «Allaha ibadət edin. Tağutdan çəkinin!» deyə peyğəmbərlər göndərmişdik
/Aran agentliyi
«Biz hər ümmətə «Allaha ibadət edin. Tağutdan çəkinin!» deyə peyğəmbərlər göndərmişdik. (Nəhl surəsi, ayə 36)
Gəlir qulağıma Hüseynin səsi
Gəzir axtarır köməyə bir kəsi
Yoxmudur bir kəs edə difa Quranını
Sala razı Allahını
Çox idi eşidən onu, fəqət bəzisi Mədinədən yola saldı, bəzisi yarı yolda qaldı, bəziləri də qəflətə daldı.
Əlqərəz öldürdülər Hüseyni, etdilər cismini tikə-parə, vurdular Zəhranın ürəyinə min yarə.
Şeytanın işi burda bitmədi, çün Hüseyn bir iş gördü ki, özü getdi adı getmədi.
Novbə çatdı onun adına yəni indiki zamana.
Hey vurnuxur şeytan nəcür etsin ləkə salsın amalına.
Niyə də vurnuxmasın, çox yerdə müvəffəq olmadı.
Çarəsizlikdən üz tutdu Azərbaycana.
Saldırdı zindana müridlərini.
Qəflətə daldırdı bəzi sevənlərini.
Ruhlarını öldürməkdə müvəffəqdi, çünki bivec edir aram-aram əqidələrini.
Hüseynin müridlərinin önündə elə sipər etdi Hüseyni sevənləri.
Zalım qaldı qıraqda qıcanıb biri-birinə bunların dişləri.
Bir iddə özünü ağıllı sayır, deyir o birilərin ali savadı yoxdur Hövzə ilə alınmır.
Elit təbəqəyə möhtacıq, qeyri adi İslam lazımdır. Bi iddə də bunlarla razılaşır.
Sözdə digəri ilə savaşır.
Çıxılmaz vəziyətə düşən zaman hər iki tərəfə gülür ikisi ilə də barışır.
3-cü iddə isə deyir xeyr. Peyğəmbər də az bir nəfərlə zalimlə savaşır.
Bunlar biri-birini didməkdə zalim və şeytanda qıraqdan bu duruma gülməkdə.
Zəhra da öz Hüseyninə Azərbaycanda kömək gəzməkdə.
Zəhra mənadan baxıb görər ki, Azərbaycanda bir Rübab,
bir Zeynəb, bir Rüqəyyə məzlumanə göz yaşı tökməkdə.
Sual etsə Zəhra Rübab qızım niyə ağlıyırsan?
Deyər anacan bir Hüseynçim var idi o da Ləbbeyk Ya Hüseyn dediyinə görə Zindan həyatı sürməkdə.
Desə Zeynəb qızım sən niyə ağlıyırsan?
Deyər anacan, bu zalimlər israrlıdırlar Hüseynçilərimizi yerlə yeksan etməkdə.
Növbə çatar Rüqəyyəyə. Deyər qızım sən niyə ağlıyırsan?
Deyər nənəcan, getdim məktəbə məni qoymadılar, dedilər aç başuvu açmadım qovdular. Bibim Zenəb etiraz etdi, çıxdı şüar dedi, zalim məmurlar əlində ki, Quranı yerə saldılar, onu vurdular.
İndi Zəhra nə desin özünə əzadar deyənə, işləyib xüms dərdi çəkənə, Fərəc oxuyana, minbər edənə.
Heç bir şey axı nə deyəcək məzlumə Ana bizlərə.
Kafir ki, olmamışuq. Hər nədisə müsəlmanıq. Namaz qılanıq. O ikinci məsələdir ki, qorxarıq.
Ən əsası ibadətlə məşğul olaq. Cümələrdə oturaq.
Zalimin üzünə həm gülək həmdə arxasıyca yalnız öz aramızda danışaq.
Vallah və Billah Hüseyn ki, mən tanıyıram bir sifətdə olub. Zalim tağutun üzünə nə gülüb nə də qarşısında saralıb-solub.
Mərd yaşayıb mərd ölüb. Çünki hara baxıb Allahı görüb.
Deyib Allah hər nəyim var mənimçün Dünyadır.
Mənim işim sənin rizayətindir məkanım Üqbadır.
İndi müsəlman otur düşün sənin tanıdığın hansı Hüsyn hansı Zəhradır.
Məşədi Natiq