Tarix : 2012 Feb 04
Kod 28395

Tel-Əviv Bakının zərərinə duracaq?

İsrailin dünya siyasətində şeytənətlərindən xəbəri olanlar yaxşı bilir ki, Tel-Əviv Bakı ilə müqayisədə bakirə oğlan yanında stajlı fahişəni xatırladır
/Aran agentliyi

İsrailin dünya siyasətində şeytənətlərindən xəbəri olanlar yaxşı bilir ki, Tel-Əviv Bakı ilə müqayisədə bakirə oğlan yanında stajlı fahişəni xatırladır. Bakı ətrafında oyun gedir. APA-nın “Haarets”ə istinadən yaydığı məlumata görə İsrail təhlükəsizlik xidmətinin – ŞABAK-ın rəhbəri Yoram Koen Tel-Əvivdə mühazirə zamanı deyib: “Türkiyə, Azərbaycan və Tailandda üç ciddi hücumun qarşısı alınıb… Son bir il ərzində İsrailin İstanbuldakı baş konsulluğuna qarşı, Bakıda və iki həftə əvvəl Tailandda üç ciddi hücumun qarşısı alınıb”. Bir saatlıq mühazirə zamanı Koen İsrailin təhlükəsizliyi, Yaxın Şərq problemi və regionda qeyri-stabil situasiya barədə danışıb.

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi xarici ictimai xadimləri qətlə yetirmək cəhdi ittihamı ilə ölkə vətəndaşları Rasim Əliyev və Əli Hüseynovun saxlanılması və terror cəhdinin üstünün açılması barədə rəsmi açıqlama yayıb. Bu şəxslərin İrandan gələn təlimat əsasında hərəkət etdikləri bildirilib. Görən sabah İran sübut istəyib Bakını yükləyəndə İsrail zərərə duracaqmı?

HaqqYolu

 

 

  • Yazılıb
  • da (də) 2012 Feb 04