Tarix : 2012 Feb 04
Kod 28414

Paralel qəzeti Tehran mediası barədə fikir bildirdi

Paralel qəzetinin 3 fevral sayında Azərbaycan Respublikası rəsmisi Əli Həsənovun dekabrın 3-4-də İrana səfəri barədə yazır: Azərbaycan Respublikası həmişə İranla müzakirəyə hazırdır
/Aran agentliyi

Paralel qəzetinin 3 fevral sayında Azərbaycan Respublikası rəsmisi Əli Həsənovun dekabrın 3-4-də İrana səfəri barədə yazır: Azərbaycan Respublikası həmişə İranla müzakirəyə hazırdır.

Məqalədə yazılır: Azərbaycan Respublikası prezident administrasiyasının siyasi-ictimai məsələlər üzrə müşaviri Əli Həsənov hər iki ölkə daxilində mənfi təbliğatların olduğunu vurğulayıb və bu xüsusda danışıqlar aparıldığını deyib.

Məqalənin ardında Ə.Həsənova istinadla deyilir: Azərbaycan Respublikası İranla dostluq əlaqələrini qorumaq üçün çalışır. İran dövləti də bu siyasəti güdür. Amma hər iki ölkənin bəzi orqanları bilə-bilə yaxud səhvən siyasi, ictimai və mədəni əlaqələrin ziddinə rəftar edirlər.

Məqalədə daha sonra qeyd edilir: İran tele-radio təşkilatının sədri İzzətullah Zərğami ilə görüşdə media məsələləri barədə müzakirələr aparıldı və bəzi razılıqlar əldə edildi.

Bu məlumata əsasən, Əli Həsənov İran XİN başçısının müavini və sözçüsü ilə də müzakirələr etdiyi barədə informasiyalara rast gəlmək olar.

Qeyd edək ki, Əli Həsənovun İran media rəhbərləri ilə görüşündə müştərək media əməkdaşlığı şurasının yaradılması, onun başçılığınınsa Əhməd Kazimiyə həvalə edildiyi barədə da məlumatlar vardır.

İran isə rəsmi surətdə müştərək media əməkdaşlığı şurası barədə müzakirələrə hazır olduğunu elan etmişdi. Amma Tehran razılaşmasına rəğmən, Azərbaycan Respublikasında İran əleyhinə təbliğatlar günü-gündən şiddətlənir, respublikada İİR-nın əlaqəli nümayəndələri üçün qoyulmuş məhdudiyyətlər ləğv olunmaması bir tərəfə, hələ işçilər barədə sənəd problemləri də aradan qaldırılmayıb.

  • Yazılıb
  • da (də) 2012 Feb 04