Tarix : 2012 Feb 04
Kod 28415

İslami Oyanış müsəlmanların özlərinə qayıdışıdır

Ə.Laricani əlavə edib: İslami Oyanış bir zəlzələ kimi regionu silkələdi və diktatorları taxtlarından yerə saldı
/Aran agentliyi

İran İslam Respublikası parlamenti-İslam Şurası Məclisinin sədri Tehranda keçirilən "İslami Oyanış kinoda" seminarında regionda baş qaldırmış İslami Oyanış dalğasını müsəlmanların özlərinə qayıdışı adlandırıb.
İran Parlamentinin sədri Əli Laricani bu gün Tehranda İran İslam Respublikası Radio və Televiziya Təşkilatının Beynəlxalq İclas Zalında keçirilən "İslami Oyanış kinoda" adlı seminarda İslami Oyanışı müsəlmanların özlərinə qayıdışı adlandırıb və deyib: Regionda cərəyan edən xalq inqilablarının islami mahiyyətinə göz yummaq, həqiqətləri ört-basdır etmək deməkdir.
Ə.Laricani əlavə edib: İslami Oyanış bir zəlzələ kimi regionu silkələdi və diktatorları taxtlarından yerə saldı.
İran İslam Şurası Məclisinin sədri daha sonra dedi: İnqilab etmiş ölkələr diqqətli olmalıdırlar. Düşmənin toruna düşməsinlər deyə ehtiyatlı davranmalıdırlar və öz inqilablarını qorumalıdırlar.
İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad naziri Seyid Məhəmməd Hüseyni  də bu seminarda İran İslam İnqilabını region ölkələri üçün son dərəcə dəyərli nümunə və təcrübə adlandırıb və deyib: Bu təcrübələrdən İslam ölkələrində ən yaxşı formada istifadə edilməlidir.
1 günlük "İslami Oyanış kinoda" seminarı İran parlamentinin spikeri, İranın mədəniyyət naziri və xarici qonaqların iştirakı ilə Tehranda İranın Teleradio Təşkilatının Beynəlxalq İclas Zalında keçirilib. İclasda 400 xarici qonaq iştirak edib.
Seminarda işçi qrupları müxtəlif mövzularda ixtisaslaşdırılmış toplantılar keçirərək, kino sənətinin İslam ölkələrində xalq inqilablarının formalaşmasına təsirlərini araşdırıblar.

  • Yazılıb
  • da (də) 2012 Feb 04