Tarix : 2012 Feb 05
Kod 28421

Hicab Məhbusunun oğlu sərbəst buraxıldı

Kamran Abbasov bu gün Nəsimi rayonunda məhkəmə qarşısına çıxarılıb
/Aran agentliyi

 

22:10Hicab məhbusu Seyid Fəramiz Abbasovun oğlu Kamran Abbasov bu gün axşam saatlarında sərbəst buraxıldı.

Kamran Abbasovun Xeber44.com-a verdiyi açıqlamaya görə, 3 fevral 2012 tarixində O, Bakı şəhəri Nəsimi rayon polis idarəsinə tərəfindən son izahatının alınması üçün çağırılmışdır. İzahat alındıqdan sonra isə həbs olunmuşdur.

Bu gün Kamran Abbasov məhkəmə qarşısına çıxarılmış, prakror onun haqqında istintaq bitənə kimi həbsdə saxlanmasını istəmişdir. Lakin məhkəmə bunu əsassız sayaraq istintaqın sonuna kimi Kamran Abbasovun serbest buraxılmasına qərar vermişdir.

17:45...Azərbaycanın tanınmış ruhanilərindən biri olan və hicab qadağasına etirazını bildirdiyi üçün şərlənərək həbs olunan Seyyid Fəramiz Abbasovun oğlu Kamran Abbasov dünən Bakı şəhəri Nəsimi polisi tərəfindən saxlanılaraq həbs olunub. Xeber44.com saytının əldə etdiyi məlumata görə, Kamran Abbasov bu gün Nəsimi rayonunda məhkəmə qarşısına çıxarılıb. Məhkəmənin hansı qərar çıxardığı hələlik bizə məlum deyil.

Xatırladaq ki, Kamran Abbasova qarşı Bakı şəhəri Nəsimi rayon polis idarəsində 221.2.1 və 127.2.3 maddələri ilə cinayət işi açılmışdı.

Kamran Abbasovun atası Fəramiz Abbasovun üzünə duran şahidlər Masallı polis əməliyyatçısı Nazim Əkbərov, Masallı rayon sakini Camal Qasımov indi də onun üzünə duraraq Nəsimi polisinə Kamran Abbsovun Ə. Kərimovu döydüyünü bildirmişdilər.

Masallı rayon polis idarəsinin cinayət axtarış bölməsinin rəisi Əbülfət Abdullayev də yazılı izahat verərək Əlihüseyn Kərimovu Kamran Abbasovun döydüyünü yazmışdı.

Yenə də qeyd etmək istərdik ki, şikayətçi Əlihüseyn Kərimov və hər üç şahid Nazim Əkbərov, Camal Qasımov və Əbülfət Abdullayev Fəramiz Abbasova qarşı sürülən yalançı ittihamlara görə Seyyid Fəramizin üzünə duraraq şahidlik etmiş şəxslərdir.

  • Yazılıb
  • da (də) 2012 Feb 05