Amerika Birləşmiş Ştatlarının dövlət katibi Qarabağ münaqişəsinin nizamlanmasının zəruriliyini vurğulayıb
/Aran agentliyi
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Qarabağ münaqişəsinin nizamlanmasının zəruriliyini vurğulayıb .
Ermənistanın xarici işlər nazirliyi tərəfindən bu barədə yayımlanan bəyanata görə, Amerikanın dövlət katibi Hillari Klinton Ermənistanın xarici işlər nazirinə xitabən deyib: Qarabağ konflikti dinc yollarla həllini tapmalıdır.
Klinton əlavə olaraq deyib : Amerika Minsk Qrupunun üzvlərindən biridir və bu haqda müəyyən razılığa gəlinməsi üçün Amerika müxalif qruplarla əməkdaşlığı davam etdirir.
Klinton və Nalbəndyan şənbə günü(4 fevral) Almaniyanın Münhen şəhərində təhlükəsizlik üzrə təşkil edilmiş 48-ci tədbirin çərçivəsində görüşüb və Qarabağ məsələsi haqda fikir mübadiləsi aparıblar,
Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun Qarabağ münaqişəsinin həllinə dair səyləri indiyə kimi nəticəsiz olub.