Tarix : 2012 Feb 05
Kod 28432

Rusiyalı politoloq rəsmi Bakıya xəbərdarlıq edib

Azərbaycan Respublikası və Türkiyədə Fransanın Minsk Qurupundan xaric edilməsinə dair çağırışlarla bağlı rusiyalı politoloq rəsmi Bakıya xəbərdarlıq edib
/Aran agentliyi

Azərbaycan Respublikası və Türkiyədə Fransanın Minsk Qurupundan xaric edilməsinə dair çağırışlarla  bağlı rusiyalı politoloq rəsmi Bakıya xəbərdarlıq  edib.
Aleksey Vlasov deyib : “Azərbaycan Fransanın ATƏT-in Minsk Qrupundan çıxarılmasının hansı nəticə verə biləcəyini əvvəlcədən hesablamalıdır

Aleksey Vlasov əlavə edib : “ Fransanın bu qərar siyasi cəhətdən düşünülmüş bir addım deyil. ABŞ-ın dövlət katibi Hillari Klintonun da mövqeyi göstərdi ki, Fransanın müttəfiqləri onunla eyni fikirdə deyil. Fransa Senatının bu qərarı birinci növbədə Türkiyə-Ermənistan danışıqlarına mənfi təsir edəcək, vəziyyəti daha da gərginləşdirəcək. Onsuz da Sürixdə imzalanmış protokollar hələ də Türkiyə parlamenti tərəfindən ratifikasiya olunmayıb. İkinci növbədə isə bu, Cənubi Qafqazda, xüsusən də Dağlıq Qarabağ ətrafında olan vəziyyəti gərginləşdirəcək. Fikrimcə, bir müddət keçəndən sonra Sarkozinin bu addımı atmasının səbəbi məlum olacaq.  ”

Rusiyalı politoloq deyib :” Rusiyada hal-hazırda seçkiqabağı proseslər gedir. Ona görə də, indiki zamanda Rusiya Dövlət Dumasında Fransa Senatının qəbul etdiyi qərara oxşar qərarın qəbul edilməsi mümkün deyil. Fikrimcə, rusiyalı seçicini belə zorla qəbul edilmiş mövzuların girovuna çevirmək düzgün deyil. Ümumiyyətlə tarixlə siyasətçilər deyil, professional tarixçilər məşğul olmalıdır. Bu mövzu siyasi spekulyasiyalardan kənar müzakirə olunmalıdır. Bildiyiniz kimi Türkiyə erməni tərəfinə arxivlərin birgə araşdırılması təklifini irəli sürüb. Lakin ermənilər buna razı olmayıblar.”

Rusiyalı politoloq əlavə edib : “
Azərbaycanın bu məsələdə həssaslığını başa düşürəm. Bakı Ankaranın mövqeyini birmənalı dəstəkləyir. Lakin Fransanın həmsədrlikdən uzaqlaşdırılması məsələsi nəticələri qabaqcadan müəyyənləşdirilməsi olan addımdır. Yaxşı, Fransa həmsədrlikdən çıxarılsa, onun yerinə hansı ölkənin gəlməsi də problemdir. İspaniya, İngiltərə, yoxsa Almaniyamı?! Ona görə də Azərbaycan tərəfi bu addımı atmazdan qabaq nəticələrini diqqətlə düşünməlidir. “

 

  • Yazılıb
  • da (də) 2012 Feb 05