Tarix : 2012 Feb 06
Kod 28436

Böyük İnqilab Rəhbəri: Zalıma düşmən, məzluma dost olun!

Son cümə namazı xütbələrinin tam mətni
/Aran agentliyi

 

 

Bismillahir-Rəhmanir-Rəhim

İslam ümmətinin övladlarını salamlayaraq rəbiüləvvəl ayını qənimət sayır, həzrət Peyğəmbərin (s) mövludu ərəfəsində misirli, tunisli, liviyalı, bəhreynli, yəmənli, iordaniyalı və digər müsəlman ölkələrindən olan qardaş və bacıların ayağa qalxmasının və İslam intibahının birinci ildönümü münasibətilə İran xalqı tərəfindən bütün dünya müsəlmanlarını təbrik edirəm.

Hadisələrlə dolu bir il geridə qaldı. Tunis və Misirdə ilk dəfə xalqların səsinə hörmət edildi. Hər iki ölkədə mötədil islamyönümlü cərəyanlara səs verildi. Liviyada da belə olacaq. Bu islamyönümlülük antisionizm, antimonarxiya, müstəqillik, azadlıq və tərəqqipərvərlik kimi xüsusiyyətlər müsəlman xalqların Quran kölgəsi altında tutduğu qəti yol iradə olacaqdır.

Otuz il öncə belə bir gündə İslam İranının taleyində baş verən və 22 bəhməndə Amerika, NATO və sionizm cəbhəsinə ağır zərbə endirən, regionun ən böyük sekulyar diktatorunu və Amerikanın marionetini süquta uğradan dalğa bu günlərdə, eyni səbklə, eyni tələblərlə bütün müsəlman və ərəb Orta Şərqini bürüdü. Artıq İslam əsri, xalqların əsri gəlib çatmışdır.

Allahın iradəsi xalqların oyanmasına şamil olmuşdur. İslam əsri, xalqalrın əsri gəlib çatmışdır və gələcəkdə bütün bəşəriyyətin taleyini təsiri altına alacaqdır. Vaşinqton, London, Madrid, Roma və Afina gəncləri, ziyalıları “Təhrir meydanı”ndan ilham alaraq küçələrə tökülmədilərmi? İslam dünyasının əsas bəhsləri İslama qayıdış, izzətə, kimliyə, azadlıq hərəkatından ibarətdir. Hər yerdə “Allahu Əkbər” şüarı eşidilir. Ərəb xalqları diktatorları istəmirlər. Kafirlərin, zülmkarların hökmranlığına dözmürlər. Yoxsulluqdan, gerilikdən, təhqirdən zara gəlmişlər. Sosilalizmin, liberalizmin, nasionalizmin kölgə saldığı sekyularizmi sınaqdan keçirmişlər. Hamısının tupikə çatdığını görmüşlər. Əlbət ki, ərəb xalqları islamyönümlülük kimi təqdim olunan sərt dini ifratçılıqların, geriyə dönüşün, firqə təəssüblərinin, fundamentalizmin ardınca da deyillər.

Tunis və Misirdə keçirilən seçkilər, Yəməndə, Bəhreyndə və digər ərəb ölkələrində xalq tərəfindən səsləndirilən şüarlar göstərir ki, hamı “müasir müsəlmanlar”ın özbaşına ifrat və qərbmeyilli təfrit olmadan, “Allahu Əkbər” şüarı ilə, mənəviyyata, ədalətə, rasionallığa dayanaraq İslam demokratiyası üsulu ilə təhqirdən, istibdaddan, gerilikdən, müstəmləkədən, pozğunluqdan, yoxsulluqdan, yüzillik ayrı-seçkilikdən xilas olmaq istəyirlər. Bu, ən doğru yoldur.

Öz xalqlarının qəzəbinə tuş gələn ərəb rejimləri hansı xüsusiyyətlərə malik idilər? Dinə qarşı düşmən mövqe, Qərb marionetkalığı və onlardan asılılıq, sizonizmlə həmkarlıq, Fələstinə xəyanət, ailə diktatorluğu və irsi hakimiyyət, xalqın yoxsulluğu, ölkənin hakim ailələrin çoxlu sərvətinə rəğmən inkişafdan qalması, ayrı-seçkilik və ədalətsizlik, qanuni azadlığın və cavabdehliyin olmaması onların müştərək cəhətləridir.

Hətta bəzi hallarda özlərini İslam və demokratiya tərəfkeşi kimi göstərməkləri də xalqı aldada bilmədi. Bunlar ərəb hərəkatlarının mahiyyətini tanımaq üçün ən aydın əlamətlərdir. İstər böyük qələbə əldə edənlər olsun, istərsə də inşaallah gələcəkdə zəfər çalacaq hərəkatlar olsun.

Allahu Əkbər” şüarı ilə baş tutan bu hərəkatlar haqqında istənilən başqa iddia digər məqsədlərə istiqamətləndirməyə, növbəti zorakılıqlara, sapınmalara xidmət edir. Bu inqilabların gələcəyi sözügedən prinsiplərlə ölçüləcək. İnqilabların əsilliyi və ya yolunu sapmasının kriteriyası bu ideyalar olacaq. Ziddi ziddi ilə tanımaq olar. İnqilabı da sarsılan rejimlərin xüsusiyyətlərinə zidd olması ilə tanımaq olar. İnqilabçılar daim saxta hədəflərdən, şüarları dəyişdirmək üçün aparılan işlərdən ehtiyatlı olmalıdırlar.

Şübhəsiz, Qərb çalışır ki, inqilabları onların ziddinə çevirsin və nəhayət, keçmiş rejimləri yeni üslubda bərpa etməklə, xalq kütlələrinin emosiyalarını boşaltmaqla, prinsipləri, qanunları dəyişməklə, öz dayaqlarını dəyişməklə, süni, formal və zahiri demokratiya ilə yenə də on illərlə ərəb dünyasına hökmranlığını qorumağa çalışır.

Xüsusilə, son illərdə İran, Əfqanıstan, İraq, Livan və Fələstin, indi də Misir və Tunis tərəfindən məruz qaldığı məğlubiyyətdən sonra islamafobiya, aşkar şiddət taktikasının məğlubiyyətə uğradığını görüb, süniləşdirmək, ortaya saxta nümunələr çıxarmaq taktikasını həyata keçirməyə çalışır. Belə ki, antixalq terorizmi şəhadətsevərlik, təəssüb, şiddət və dardüşüncəliliyi islamyönümlülük və cihad, nasionalizmi və qəbilə oyunlarını islamsevərlik və ümmətsevərlik, qərbləşməni, iqtisadi və mədəni asılılığı müstəqil inkişaf, sekyularizmi elmə meyillilik, sazişçiliyi rasionallıq, fəsad və əxlaqi hərc-mərcliyi azadlıq, diktatorluğu nizam-intizam və təhlükəsizliklə, istehlakçılığı, dünyaya vurğunluğu, aristokratizm, inkişaf və tərəqi, yoxsulluq və geriliyi mənəviyyat və zöhd kimi qələmə vermək istəyir.

İqtidar və sərvət üstündə çəkişən kapitalizm və kommunizm iki qütblülüyü sona yetdi. Bu gün müsəlman hərəkatların öndərliyi ilə dünya müstəzəfləri və Amerika, NATO və sionizmin qabaqcıllığı ilə hegemonlar arasında iki qütb yaranmışdır. İki əsas düşərgə yaranmışdır. Üçüncü düşərgə yoxdur.

Bu qısa fürsəti keçmişi xatırlatmaqla, ərəb xalqlarını təqdir etməklə keçirmək istəmirəm. Şübhəsiz, biz hamımız və bütün dünya xalqları gözümüzü regiona dikmişik. Ərəbistan yarımadasından Afrikanın şimalınadək ayağa qalxan xalqları təqdir edirik. Amma indi bu gündən və sabahdan danışmaq istəyirəm.

Şərafətli Misir xalqına ötən il, hələ Hüsni Mübarəkin namübarək sayəsi üzərlərində ikən buradan, cümə namazından səsləndim. Yeni dönəmin başladığı, diktatorun mühakimə olunduğu bir halda biz hamımız əziz Misir və digər ərəb hərəkatlarının gələcəyinə ümidlə baxırıq.

 

İnqilab səhnələrində yer alan komponentlər kimlərdir?

1.Amerika, NATO, sionist rejim, bəzi ərəb rejimlərindəki marionetlər;

2.Xalq kütlələri və gənclər;

3.Partiyalar, siyasi islami və qeyri-islami fəallar.

Birinci qrup Misirdə, Tunisdə və digər hərəkatlarda əsas uduzan tərəf olacaqdır. Kapitalizm və Qərb liberalizm örnəyi qütbünün legitimliyi, indi də mövcudluğu hətta Amerika və Avropanın özündə də süqut təhlükəsi ilə qarşı-qarşıyadır. 80-cı illərin Şərq kommunist blokunun düşdüyü vəziyyətə uyğun şəraitdədir.

Əxlaqi və ictimai çöküş, görünməmiş iqtisadi böhranlar, İraqda, Əfqanıstanda, Livanda və Qəzzədə ağır hərbi məğlubiyyətlər, müsəlman dövlətlərdə onların hakimiyyətə gətirdiyi əlaltıları olan əksər diktatorların süqutu və ya sarsılması, xüsusilə Misiri əldən verməkləri, sizonist rejimin şimaldan, qərbdən və daxildən bu günədək görünməmiş şəkildə bir növ təhlükəyə düşməsi, beynəlxalq təşkilatların mahiyyət və asılılığının, demokratiya və insan hüquqları məsələləri ilə ikili və siyasi münasibətinin ifşa olunması, Liviya, Misir, Bəhreyn, Yəmən məsələləri ilə bağlı ikili mövqelərindəki ziddiyyətli sözlər birinci qrupu beynəlxalq etimad böhranına, dərin qərarlar qəbul etmək böhranına qərq etmişdir. Hazırda ən böyük hədəfləri xalqları yatırtmağı, əzməyi bacarmadıqdan sonra inqilabların sükanını ələ keçirmək, nüfuzlu partiyaların içinə nüfuz etmək, keçmiş əsassız rejimlərin quruluşunu maksimum şəkildə qoruyub saxlamaq, səthi və zahiri reformlarla kifayətlənmək, inqilab edilmiş ölkələrdə öz yerli kadrlarını bərpa etmək, tamahlandırmaqla, hədələməklə, güman ki, gələcəkdə terorla və ya bəzi şəxsləri, qrupları almaq cəhdləri ilə inqilabların istiqamətini dəyişmək və ya qarşısını almaq, soyutmaq, məyus etmək, xalqın başını əhəmiyyətsiz, ikinci dərəcəli məsələlərə və bir-birinə qatmaq, milli, qəbilə-tayfa, yaxud dini və partiya təfriqələrinə əl atmaq, hərəkatların əsl mahiyyətini dəyişmək istiqamətində yayındırıcı şüarlar uydurmaq, inqilabçıların zehninə və dilinə dolayı yollarla nəzarət etmək, onları siyasi oyunların içinə çəkmək, onların arasına və bu yolla xalqın arasına təfriqə salmaq, pərdə arxasında maddi kömək kimi yalan vədlərlə bəzi şəxsiyyətlərlə sazişə girməyə cəhd etmək və nümunəsini Tehranda “Beynəlxalq İslam intibahı” qurultayında işarə vurduğum onlarla hiylələrdir.

Bəzi asılı və mühafizəkar ərəb rejimləri də Amerika və NATO-nun yanında özlərini qorumaq üçün olsa belə, bütün gücləri ilə zamanın əqrəbini dayandırmağa, regionun inqilablarını geri qaytarmağa və ya qeyri-müəyyən istiqamətə sürükləməyə çalışırlar. Bu təsiretmə üçün yeganə sərmayələri neft dollarlarıdır. Onların əsas məqsədi Misir, Tunis, Yəmən, Libiya, Bəhreyn və digər ölkələrin xalqlarını məğlub etmək, sionist rejimin sabitliyini, varlığını qarantiləmək, bölgənin müqavimət cəbhələrinə zərbə endirməkdir.

İkinci və başlıca qrup isə xalqlardır. Xalqlar nə istəyirlər? Amerikalıların Misirdə və əksər müsəlman ölkələrində davamlı olaraq keçirdikləri sorğular onlara gerçəyi söyləmişdir. 2003-cü ildən 2008-ci ilədək Misir, İordaniya, Türkiyə, Maleziya və digər ölkələrin xalqları arasında məscidə, İslam şüarlarına, o cümlədən hicaba və (İslam) qadın geyimlərinə rəğbət 40%-dan 75%-dək artmışdır. Amerikaya nifrət səviyyəsi müsəlman və ərəb ölkələrində orta hesabla 85% artmışdır. Xüsusilə, Hizbullah və HƏMAS gənclərinin 33 və 22 günlük müharibələrdə əldə etdikləri qələbələri, Amerikanın İraqdan heç bir nailiyyətsiz və məğlub olaraq çıxmasını görən ərəb gənclərində gələcəyə və qələbəyə ümid qat-qat artmışdır.

Misir gəncləri arasında ən sevimli şəxsiyyətlər antisionist müsəlman mücahidlər olmuşlar. Sionizmə nifrət, Fələstin məsələsinə diqqət və İslam izzətinə rəğbət xalqalrın başlıca xüsusiyyətlərindəndir. Son seçkilərdə Misir xalqının 85 % İslam şüarlarına səs verdilər. Tunisdə də əksəriyyət həmin bayrağı yüksəltdilər. Liviyada da bu faiz yuxarıdır ki, aşağı deyil. Xalq parlament deputatlarından və yeni hökumətlərdən də gələcək üçün bunları istəyir. Xalq izzətli, hörmətli və azad Misir istəyir. “Kemp David” Misiri istəmir. Yoxsul və asılı Misir istəmir. Amerikanın buyruğu altında və İsraillə müttəfiq Misir istəmir. İfratçı, aqressiv, eləcə də qərbləşmiş, layik və asılı Misir istəmir. Azad, müsəlman, mütərəqqi, Misir xalqın və gənclərin əsas tələbidir. Xalq iğtişaş sorağında deyil. Misir ordusunun əsas korpusu xalqdır. Misirin daxilində və xaricində bəziləri gələcəkdə ordu ilə xalq arasında qarşıdurma yaratmaq istəyirlər. Hamı ehtiyatlı olmalıdır. Misir ordusunun əsas tərkibi Amerikanın və İsrailin dostlarının nüfuzunu qəbul etməyəcək.

Misirdə, yaxud Tunisdə və Libiyada Allah rəsulunun (s) İslamından söhbət gedir. Mədinədə islamyönümlülük kölgəsini, eləcə də mərhəmət və təhlükəsizliyi sayəsini xristian və yəhudi mənsublarının üzərinə salan İslamdan söhbət gedir. İslamdan danışmaq Allaha pərəstiş edənlər arasında çaxnaşma, müsəlmanlar arasında məzhəb və firqə döyüşü demək deyil. Misir, müsəlman məzhəblərin yaxınlaşması və Şeyx Şəltut Misiridir.

Misir, Tunis və Libiya xalqları bilsinlər ki, hazırda əldə etdikləri hələ natamam inqilabdır. Hərçənd, böyuk addımlar atmışlar, amma macəra hələ yeni başlayıb. İranda və bizim üçün törətdikləri hələ də davam edən problemlər – Allahın lütfü ilə onların hamısında məğlub olmuşlar və bundan sonra da məğlub olacaqlar – inqilab boyunca, şahın devrilməsindən öncəyədək mövcud olan problemlərdən yüz dəfələrlə çox idi. Ayıq olmalısınız. İnqilabınızı addım-addım son mərhələlərə qədər, qısa və uzun müddətli proqram əsasında irəliyə aparmalısınız.

Misir tağutlarının rejimi Fələstin ideyalarına ilk xəyanət edən ərəb dövləti olmuşdur. O, ərəblərin üzünə saziş yolunu açdı. Belə ki, yalnız bir ərəb rejimindən – Suriyadan – başqa hamısı Fələstini satdılar. Sionistlərlə sazişə girdilər. Misir rejimi Amerika və İsrailin etimad etdiyi iki əsas rejimdən biri idi. Amerikanın hazırki riyakar prezidenti müsəlmanlara nifaq və hiylə ismarışı göndərmək üçün Hüsni Mübarək Misirinə səfər etməyi seçdi. Amma Misir xalqı inqilablarında öz fikrini bildirdi və hamını xəyaldan ayırdı.

Bu gen Misir bir daha Fələstin ideyasını müdafiə sırasının önündə yer almalıdır. “Kemp David” xəyanət müqaviləsini ayaq altına atmalı, yandırmalıdır. İnqilabçı Misir, artıq çökməkdə olan sionist rejimin enerjisini, qazını öz yoxsul və problemli xalqının cibindən ödəməməlidir.

Bizim müraciət edəcəyimiz üçüncü qrup Misirin və digər ayağa qalxmış ölkələrin partiyaları və siyasi çöhrələridir. Afrikanın şimalından, Misir və Tunisdən Əlcəzairə, Mərakeşədək, xüsusilə Misirin müsəlman mütəfəkkirləri və mübarizləri İslam intibahı təfəkkürünün, vəhdət carçılarının, ümmətin izzətinin, sonra isə Qüdsün azadlığının atası olmuşlar. Bu gün siz belə günlər üçün, qələbələr üçün fədakarlıq edən minlərlə şəhidin qanının, on minlərlə dustaq, sürgün həyatı sürmüşlərin, işkəncə çəkmişlərin, mücahid və mübarizlərin varisisiniz.

Qardaş və bacılarım! Bu böyük əmanəti qoruyun. Qürur və sadəlövhlük ilk qələbədən sonra gələn iki afətdir. Siz tənzimləmə sahəsində, xalqın nailiyyətlərini qorumaqda, hərəkatın problemlərini həll etməkdə ən məsul şəxslərsiniz. Dünyanın və regionun zərbə almış gücləri şübhəsiz ki, başlarında şeytani fikirlər dolandırırlar. Sıradan çıxarmaqdan, intiqam almaqdan tutmuş, aldatmağa, sarsıtmağa, qorxutmağa, tamahlandırmağa, sonra isə inqilabları məhv etməyə, – Allaha pənah aparıram – keçmişdən daha pis vəziyyət yaratmağadək hamısını düşünürlər. Sizin qərarlarınız, mövqeləriniz tarixi yönlər qazanacaq. Bu sürəc sizin ölkələrinizin tarixinin qədr gecəsidir.

Amerika və NATO-ya etimad göstərməyin. Onlar əsla sizin xeyrinizi və xalqınızın mənafeyini düşünmürlər. Həmçinin onlardan qorxmayın. Onlar zəifdirlər və tezliklə daha da zəif olacaqlar. Onların İslam dünyasındakı hökmranlığı yalnız bizim ötən 150 ildəki qorxu və nadanlığımızın məhsulu olmuşdur. Onlara bel bağlamayın, onlarla hesablaşmayın. Yalnız Ulu Tanrıya sığının. Yalnız öz xalqınıza güvənin. Onlar İraqda məğlub oldular. Boş əllə çıxdılar. Əfqanıstanda bir şey əldə edə bilmədilər. Livanda Hizbullaha, Qəzzədə HƏMAS-a məğlub oldular. İndi isə Misir və Tunisdə xalqın əli ilə taxdan salınmışlar. Heç bir şey onların proqramına uyğun irəliləməmişdir. Qərb bütü də kommunizm bütü kimi sındı. Xalqların qorxusu aradan qalxdı. Gələcəkdən ehtiyatlı olun ki, sizi qorxutmasınlar.

Onların oyunlarından ehtiyatlı olun. Həmçinin neft dollarlarının, ərəblərin arasındakı Qərb müttəfiqlərinin və marionetkalarının oyununa qatılmayın. Çünki qatıldığınız təqdirdə bu oyunlardan salamat çıxmayacaqsınız. İsrail gedəsidir. Qalmalı deyil və qalmayacaq. Bugünkü hərəkatlarda sapıntıların başlanması sionist rejimin qalmasına, mövcudluğuna razılıq vermək, süqut etmiş rejimlərin bünövrəsini qoyduqları təslimçilik və saziş müzakirələrini davam etdirməkdir.

Xalqların ümumi istəyi İslama qayıdışdı. Əlbəttə, bu keçmişə qayıtmaq deyil. Əgər inqilablar Allahın izni ilə gerçək qalsalar, davam etsələr. Fitnlələrə, dəyişikliklərə məruz qalmasalar, sizin əsas məsələniz tənzimləmək, qanunvericilik, ölkəni və inqilabları idarə etmək olacaq. Bu, müasir dövrdə İslam sivilizasiyasını formalaşdırmaq mühüm məsələsidir.

Bu böyük dünyada sizin əsas işiniz bu olacaq ki, bir tarix ölkələrinizə hakim olan geriliyi, dinsizliyi, yoxsulluğu, asılılığı ən qısa zamanda inşaallah necə aradan qaldırasınız? İslami istiqamətlə, demokratik üsulla, rasional qaydada necə cəmiyyət formalaşdırasınız? Daxili və xarici hədələri bir-bir başınız üzərindən ötürəsiniz. Liberalizmsiz azadlıq və ictimai hüququ, marksizmsiz bərabərliyi, Qərb faşizmi olmadan nizam-intizamı necə təmin və təsbit edəsiniz? Mütərəqqi İslam şəriətinə olan bağlılığınızı dardüşüncəliyə yoluxmadan necə qoruyasınız? (Dünyadan) Təcrid olunmadan necə müstəqil olasınız? Asılı olmadan necə inkişaf edəsiniz? Sekyulyar və mühafizəkar olmadan necə elmi idarəçilik edəsiniz?

Təriflər yenidən nəzərdən keçirilməli, düzəlişlər aparılmalıdır. Qərb tərəfindən sizə iki örnək – təkfirçi (vəhabi – red) İslam və layik İslam örnəkləri təklif olunmuş və olunacaqdır ki, region inqilabları arasında mötədil və rasional fundamental İslam güclənməsin. Katiqoriyalara bir daha və diqqətlə tərif verin.

Demokrat olmaq, xalqa aid olmaq, inqilabların prinsipləri çərçivəsində azad seçkilər keçirməkdirsə, hamınız demokrat olun. Yox, əgər ikinci dərəcəli və təqlidçi liberal demokratiyanın tələsinə düşməkdirsə, heç biriniz demokrat olmayın.

Sələfilik Quran və sünnəyə sadiq qalmaqdırsa, əsil dəyərlərə vəfadar olmaq, xurafatla, sapıntılarla mübarizə, şəriəti canlandırmaq, qərbləşməni rədd etməkdirsə, hamınız sələfi olun. Əgər dinlər və ya məzhəblər arasında təəssübkeşlik, dardüşüncəlik və şiddət kimi tərcümə olunarsa, İslam təfəkkür və sivilizasiyasının rüknlərindən olan yenilikçilik, mülayimlik və rasionallıqla ziddiyyət təşkil edəcək və özü sekyularızmin, dinsizliyin yayılmasına gətirib çıxaracaq.

Vaşinqton, London və Parisin bəyəndiyi İslama ümid bağlamayın. İstər layik və qərbyönümlü, istərsə də mürtəce və sərtlik tərəfdarı. Sionist rejimə dözümlülük nümayiş etdirən, lakin digər müsəlman məzhblərə qarşı amansız olan, Amerika və NATO-ya saziş əli uzadan, lakin daxildə qəbilə və məzhəb qarşıdurmaları yaradan, möminlərə qarşı amansız, kafirlərə qarşı rəhmdil olan İslama güvənməyin. Amerika və İngiltərə İslamına bədbin olun. Onlar sizi Qərb kapitalizmi, istehlakçılıq və əxlaqi tənəzzül tələsinə sürükləmək istəyirlər. Ötən onilliklərdə həm görkəmli şəxsiyyətlər, həm hökmranlar Fransa, İngiltərə, Amerika və keçmiş Sovet İttifaqına daha çox bağlılıqları ilə fəxr edirdilər. Amma bu gün hər şey əks istiqamətdə dəyişmişdir.

Bilin ki, Qərb intiqam almaq fikrinə düşəcək. İqtisadi, hərbi, siyasi və təbliğat intiqamı. Əgər Misir, Libiya, Tunis və digər ölkələrin xalqları inşaallah Allah yolunda davam edərlərsə, embarqolarla təhdid olunacaqlar.

Son sözüm isə İslam Respublikasının və böyük İran xalqının sizinlə həmkarlığa, sizə xidmət etməyə, qarşılıqlı xidmətə hazır olduğunu bildirməkdir. İran İslam İnqilabı müasir dövrdə xalqların özünə güvənməsi, fəalların xalqa güvənməsi tağut rejimlərin və onların ağalarının məğlubedilməzlik mifinin sındırılması, kommunizm və kapitalizmin qürurunun sındırılması və demokratikliyi qorumaqla, əsaslı dəyərləri müdafiə etməklə ölkənin böyük inkişaflar üçün səmərəli modellər təqdim etmək sahəsində İslam təcrübəsinin ən uğurlusudur.

Qardaş və bacılar! İllərdir ki, iranlı qardaşlarınız haqqında sizə yalan deyirlər. İran haqqında həqiqət aşağıda sizə söyləyəcəklərimdir:

Bizim inqilabımız üç onillik boyu apardığı mübarizədə qələbələrə nail olmuş və əlbət ki, zəif cəhətləri də olmamış deyil. Amma dünyada ötən əsrdə Qərb və Şərqin müsəlman xalqlara hökmranlığından sonra heç bir İslam hərəkatı bu qədər irəliləməmişdir. Bu qədər maneələri geridə qoymamışdır.

İnşaallah, gələcəkdə bizimlə siz qardaşlar arasında çoxlu söhbətlər olacaq. Kapitalizm və beynəlxalq sionizm informasiya mərkəzlərində İran terorizmdə ittiham olunur. Buna səbəb yalnız Fələstində, Livanda, İraqda və s. öz ərəb qardaşlarını tək qoymamasıdır. İşğalçıları rəsmi olaraq tanımamasıdır. Halbuki biz özümüz dünyada terorizmin ən böyük qurbanıyıq. (Bizə qarşı) bu terorlar hələ də davam edir.

Əgər İslam İnqilabı və İslam Respublikası əfqanıstanlı, bosniyalı, livanlı, iraqlı və fələstinli qardaşlarını zahirən müsəlman olan digər hökumətlər kimi tək qoysaydı, əgər bir çox ərəb rejimləri kimi Fələstinə xəyanət etsəydi, əgər biz də sussaydıq və arxadan xəncər vursyadıq, əsla terorizmin himayədarı və müdaxiləçi kimi təqdim olunmazdıq. Biz Qüdsün və bütün Fələstin torpaqlarının azadlığı haqqında düşünürük. Böyük İran xalqının və İslam İnqilabının günahı budur.

İran və ya şiə imperializmindən danışırlar. Bir halda ki, hamı bizim heç zaman İslam İnqilabını sırf şiə inqilabı, yaxud milli və iran inqilabı hesab etmədiyimizi və adlandırmadığımızı bilir. Bu otuz ildə nə qədər qurban vermiş və təhdid olunmuşuqsa, islamyönümlülük, ümmətyönümlülük, məzhəblərin yaxınlaşması və vəhdəti şüarı, Şərqi Asiyadan Afrikanın dərinliklərinədək və eləcədə Avropada yaşayan müsəlman qardaşlarımızın izzət-şərəfinə, azadlığına tərəfdar olduğumuz üçün olmuşdur.

İslam İranı elm, texnologiya, ictimai hüquq, ictimai ədalət, inkişaf, səhiyyə, qadınlarının və dini azlıqların hüquqlarının təmin olunması və digər sahələrdə analoqu olmayan böyük addımlar atmışdır. Biz öz zəif cəhətlərimizi də bilirik və Allahın yardımı ilə onlara da əlac edəcəyik.

İslam İnqilabının yardımı ilə bölgədə müqavimətin vəziyyəti dəyişdi. Fələstinlilərin əlindəki daş raketə raketlə cavaba çevrildi. Qəzzədə və digər bölgələrdə işğalçılar qarşısında İslam müqavimətləri İslam İnqilabından ilham almışdır.

İran, ərəbləri iranlılaşdırmaq və ya şiələşdirmək məqsədi güdmür. İran, Quranı, Peyğəmbər (s) və Əhli-beyt (ə) sünnəsini müdafiə etmək, İslam ümmətini oyatmaq sorağındadır. İslam inqilabı üçün əhli-sünnə mücahidlərinin HƏMAS və Cihad təşkilatlarına və Hizbullah, Amul şiə mücahidlərinə kömək etmək eyni səviyyəli şəri vacib və məsuliyyət hissidir. İran xalqı və hökuməti uca və qətiyyətli səslə bildirir ki, (terora yox,) xalqların qiyamına, (məzhəb ziddiyyətlərinə yox,) islamı vəhdətə, (milli və irqi üstünlüyə yox,) müsəlmanların qardaşlığına, (günahsızlara qarşı şiddət yox,) islami cihada etiqadlı və bağlıdır.

Bütün müsəlman xalqlarıının səadəti üçün dua edək və bununla yanaşı öz ağır vəzifəmizi də bilək, ona əməl edək və bilək ki, “Allah Öz işində (əmrində) qalibdir (istədiyini edəndir)”.

Ey Allahın bəndələri, Allahdan qorxun, zalıma düşmən, məzluma dost olun. Mənim sözüm budur. Allahdan özüm və sizin üçün bağışlanmaq diləyirəm.

Böyük Rəhbər Ayətullah Xamenei

Cümə namazının xütbələri

  • Yazılıb
  • da (də) 2012 Feb 06