Mən sizdən soruşmaq istərdim ki, bir il əvvəl Misir və Tunisdə baş verən iğtişaşların şahidi olduq
/Aran agentliyi
Mən sizdən soruşmaq istərdim ki, bir il əvvəl Misir və Tunisdə baş verən iğtişaşların şahidi olduq. Sizin bu bir il ərzində enerji ilə zəngin ölkələrdə siyasi vəziyyətlə bağlı risklərin qiymətləndirilməsindəki fəaliyyətinizdə dəyişiklik varmı? Misir kimi ölkələrin təcrübəsindən misal gətirərək, - burada Azərbaycan prezidenti də iştirak edir, - öz siyasi strukturuna görə Mübarəkin devrilməsindən əvvəlki Misirə çox bənzəyən Azərbaycan kimi ölkəyə sərmayə yatıracaqsınızmı?
Bu sual Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin də iştirak eydiyi Münhen Təhlükəsizlik Konfransının “Enerji, ehtiyatlar və ətraf mühit: yeni təhlükəsizlik parametrləri” mövzusunda müzakirələrdə Avropa İttifaqının Enerji Kommissiyasının Sədri Maykle Dikmana ünvanlanıb.
AzərTAc-ın xəbərinə görə İlham Əliyevin “Alyans”ın sədri Maykl Dikmana ünvanlanan suala belə reaksiyası verib:
- Mən Azərbaycandakı vəziyyəti Misirdəki vəziyyət kimi təqdim etməyə cəhd olunan suala şərh vermək istərdim. Düşünürəm ki, bu qəribə suala ən yaxşı cavab iştirakçıların reaksiyası oldu.
Mən bayaqkı şəxsin savadından irəli gələrək bilmədiyi bir neçə göstəricini diqqətə çatdırmaq istəyirəm. Mənim 8 illik prezidentlik dövrümdə Azərbaycanda ümumi daxili məhsul 3 dəfə - 300 faiz artıb. Yoxsulluğun səviyyəsi 50 faizdən 7,6 faizə enib. İnflyasiyanın səviyyəsi 5,4 faiz təşkil edir. Son 8 il ərzində 1 milyondan artıq iş yeri yaradılıb. Xarici borc bizim ümumi daxili məhsulumuzun 6 faizini təşkil edir. İqtisadiyyatın şaxələnməsi sabitdir.
İlham Əliyev arxayinlıq vereib ki, Azərbaycan Respublikasında siyasi vəziyyət sabitdir. O deyib:”Bizim çoxpartiyalı sistemimiz var. Bizim parlamentdə təmsil olunan 10-dan çox partiyamız var. Bizim azad mətbuatımız var. Bizdə söz azadlığı var. Bizdə din azadlığı var. Nəhayət, bizdə azad internet var. Qeyd etmək istərdim ki, bizim regionda heç də bütün ölkələrdə azad internet yoxdur. Azərbaycanda internet istifadəçilərinin sayı 50 faizdən artıqdır və bu rəqəm artmaqdadır.
Azərbaycanda müasir, sabit cəmiyyət var. Kimsə Azərbaycanda Misirdə baş verən hadisələr kimi nə isə görmək istəyirsə, sizi əmin edirəm ki, nəyisə arzu edib-etməməyinizdən asılı olmayaraq bunu görməyəcəksiniz!!”