Tarix : 2012 Feb 06
Kod 28453

Azərbaycan Respublikasının Daha bir əsgəri özünü güllələyib öldürdü

Azərbaycan Milli Ordusunda daha bir əsgəri qeyri-döyüş şəraitində dünyasını dəyişib
/Aran agentliyi

 

Azərbaycan Milli Ordusunda daha bir əsgəri qeyri-döyüş şəraitində dünyasını dəyişib.

 “ANS PRESS”in yaydığı məlumata görə, cəbhə bölgəsində, Ağdam rayonu Sarıcalı kəndində əsgər Mehman Ələsgər oğlu Əmiraslanov tabeliyindəki avtomat silahdan atəş açaraq özünü öldürüb.

M.Əmiraslanov 2011-ci ildə Qaradağ Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev məlumatı təsdiqləyib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

  • Yazılıb
  • da (də) 2012 Feb 06