Tarix : 2012 Feb 06
Kod 28457

GEY-PARAD HAQDA ŞOK XƏBƏR ...

Bakıda gey-paradın keçirilməsi təxribatının arxasında erməni diasporu və Ermənistan xüsusi xidmət orqanları dayanır
/Aran agentliyi

Bakıda gey-paradın keçirilməsi təxribatının arxasında erməni diasporu və Ermənistan xüsusi xidmət orqanları dayanır.

Azadxeber.az saytının "TAC" saytına istinadən əldə etdiyi məlumata görə, üzdəniraqların beynəlxalq LGBT təşkilatı tərəfindən Bakıda mayın 22-26-da gey-parad keçiriləcəyi barədə məlumatlar bir az səngiyəndən sonra ortaya maraqlı faktlar çıxıb.

Məlum olub ki, bu tipli təxribat xarakterli məlumatlar konkret məqsədlərlə konkret qruplar tərəfindən yayılırmış; üstəlik, bu istiqamətdə təşkilati fəaliyyət də aparılırmış. Əldə edilən məlumata görə, Eurovision mahnı müsabiqəsi ərəfəsində Bakı gey-paradı mövzusunu ilk olaraq ermənilərə aid beynəlxalq AGLA (Armenian Gays and Lesbians Association  Erməni Gey və Lesbiyan Assosiasiyası) təşkilatı müzakirəyə çıxarıb. Mənbənin verdiyi məlumata görə, Bakı gey-paradı təxribat kampaniyasına birbaşa olaraq AGLA-nın Nyu-York təşkilatının rəhbərləri Aleks Sərkisyan və Mixail Yəqliyan rəhbərlik edib. Bu əməliyyatda onlara ABŞ-da yerləşən digər erməni gey təşkilatları, o cümlədən Galas LA (Los-Anceles erməniləri), GLAM (Boston), Q-Hye (San-Fransisko) dəstək verib. Bu üzdəniraq ermənilərin və onların gey təşkilatlarının Bakıda gey-parad keçirməsi təşəbbüslərinə LGBT dərhal dəstək verib və özününküləşdirib. Üstəlik saytına da yerləşdirib.

Bakıda keçirilməsi planlaşdırılan bu murdar aksiyanın əsas maliyyəçisi də ermənidir! AGLA-nın maliyyə direktoru Veken Guekiyandır. Bu barədə  İsrail qaynaqlarından da bir sıra bilgilər əldə edilib. O bilgilərdən məlum olur ki, erməni mavi təşkilatı AGLA 1998-ci ildə yaranıb və erməni diasporunun aparıcı qüvvəsidir. Mənbənin sözlərinə görə, ABŞ-da erməni diasporu təşkilatının çəkisi əsasən mavilərə maliyyə dəstəyinə görədir. Belə ki, erməni diasporu üzvlərinin 40 faizə qədəri özlərini acıqca mavi sayır.

Qeyd olunur ki, Eçmiədzinə açıq olaraq tabe olmayan ABŞ-dakı erməni apostol kilsəsi də rəsmən homoseksuallığı dini həyatda mümkün hal qismində tanıyıb. Hətta bəzi şayiələrə görə, kilsə rəhbəri S.Qriqoryan özü də mavidir. Bəzi ekspertlərə görə, Bakıda gey-parad təxribatı aksiyası AGLA və Ermənistan Milli Təhlükəsizlik Xidməti ilə birgə həyata keçirilib. Birgə layihəyə görə, 2 min üzdəniraqdan 300 nəfəri məhz milliyyətcə erməni olan gey kəşfiyyatçıları olmalı idi.

Xatırladaq ki, məşhur WikiLeaks saytı Ermənistanda homoseksualların sayının sürətlə artdığını diplomatik yazışmalara istinadən yayıb. ABŞ-ın İrəvandakı səfirliyindən yazılan hesabatda göstərilir ki, Ermənistanda qeyri-rəsmi göstəricilərə görə mavilərin sayı sürətlə artır və hətta paytaxtda homoseksual gecə klubları fəaliyyətə başlayıb.

Qeyri-rəsmi məlumatlara görə, erməni ordusunda və separatçı rejimin qoşunlarında intiharların əsas səbəbi məhz mavi zabitlərin sıravilərə qarşı zorakılığıdır. WikiLeaks-in ABŞ diplomatlarının məlumatına əsasən yazdığı kimi, Ermənistan ordusunda 1000 nəfərdən artıq mavi (üzdəniraq) zabit var. Məhz buna görə də Təhlükəsizlik Şurasında ordudakı vəziyyətə dair iclasda Ermənistan Müdafiə Nazirliyində islahatların keçirilməsi barədə məxfi qərar verilib. Qeyri-rəsmi göstəricilərə görə, Ermənistanda mavilərin sayı 10 mindən artıqdır. www.gayarmenia.com saytının təsisçisi Mişa Merujyanın verdiyi məlumata görə, artıq 1000-dək erməni saytın qeydə alınmış rəsmi istifadəçisidir.

Beləliklə, məlum olur ki, Bakıda gey-paradın keçirilməsi təxribatının arxasında erməni diasporu və Ermənistan xüsusi xidmət orqanları dayanır. 

  • Yazılıb
  • da (də) 2012 Feb 06