Tarix : 2012 Feb 06
Kod 28459

Azərbaycanda polis dəyənəyinə söykənən bir rahatlıq var

Əhməd Oruc: ''Əhalinin böyük bir hissəsi indiki rejimdən və öz vəziyyətindən narazıdır''
/Aran agentliyi

Əhməd Oruc: "Əhalinin böyük bir hissəsi indiki rejimdən və öz vəziyyətindən narazıdır"

Azadlıq Partiyasının sədri Əhməd Oruc prezident İlham Əliyevin Almaniyanın Münhen şəhərində keçirilən konfransdakı çıxışı ilə bağlı FaktXeber.com-a açıqlama verib: “Prezidentin çıxışında söylədikləri bir qədər reallığa uyğun deyil. Ölkədə adambaşına düşən gəlirin artması ilə bağlı söylənilənlər doğru deyil. Neft pulları ancaq hakim zümrənin cibinə axır. Ölkədə 1 milyona yaxın iş yeri açılıb deyilir, bu da düzgün deyil. Bir ara insanlar tikintidə işləyirdilər. Tikinti də dayanıb. Yenidən vətəndaşlar iş dalınca xarici ölkələrə getmək zorundadırlar. Prezident deyir ki, Azərbaycan cəmiyyətində bir rahatlıq var. Bu polis dəyənəyinə söykənən bir rahatlıqdır. Əhalinin böyük bir hissəsi indiki rejimdən və öz vəziyyətindən narazıdır.

Hətta hakimiyyətdə təmsil olunanlar da bilir ki, bu rejimin sonu yoxdur. Prezidentin söylədiyi kimi guya Azərbaycanda parlamentdə 10 partiya təmsil olunur. Bu da doğru deyil. Hamısı hakimiyyətin nəzarətində olan partiyalardırlar. Onlar cəmiyyətdən səs almadan, hakimiyyət tərəfindən siyahı əsasında parlamentə yerləşdirilən adamlardırlar. Heç birinin cəmiyyətdə sosial dayaqları yoxdur. Hakimiyyətin suflyorluğu ilə 2-ci 3-cü dərəcəli epizodik rollarda çıxış edirlər. Bütün partiyalara maliyyə yardımı ayrılmalıdır”.
 faktxeber

  • Yazılıb
  • da (də) 2012 Feb 06