Tarix : 2012 Feb 06
Kod 28461

Hacı Talein apellyasiya məhkəməsi təxirə salındı

Məhkəmənin növbəti iclası fevral ayının 13-nə təyin olunub
/Aran agentliyi

Məhkəmənin növbəti iclası fevral ayının 13-nə təyin olunub

Fevral ayının 6-sı, Bakı Apellyasiya Məhkəməsində ilahiyyatçı Hacı Tale Bağırovun şikayətinə baxılıb.

Hicab məhbusu Hacı Tale Bağırovun vəkili Anar Qasımlının  verdiyi məlumata görə, Nəromanov Rayon Məhkəməsinin Tale Bağırov üçün çıxardığı 1 il 6 ay azadlıqdan məhrum etmə qərarı qanunsuz olduğuna görə və müvəkkilinin günahsız olmasının sübuta yetirdiyinə görə Bakı Apellyasiya Məhkəməsinin bəraət qərarı verməsi üçün müraciət etdib.

İlahiyyatçı, Höccətul-İslam, Hacı Tale Bağırov barəsində verilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi tərəfindən fevral ayının 13-ü, saat 12:00 radələrinə təyin edilib.Xatırladaq ki, Nərimanov Rayon Məhkəməsi, may ayının 6-sı "Hicaba Azadlıq!" aksiyasında iştirak etmiş və həbs edilmiş Hacı Tale Bağırova 1 il 6 ay azadlıqdan məhrum etmə qərarı vermişdi.

azadxeber

  • Yazılıb
  • da (də) 2012 Feb 06