Müxtəlif şəhərlərdən olan vətəndaş cəmiyyəti təşkilatları hicab problemini həll etmək üçün aksiya keçirib
/Aran agentliyi
Hicab Allahın Əmridir
İslamazeri.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, “TESSEP” təşkilatının rəhbərliyi ilə Adana şəhərində keçirilən aksiyada təşkilatın sözçüsü İsa Əmrə tərəfindən oxunan bəyanatda hicabın Alahın əmri olduğu bir daha vurğulanıb. Nur surəsi 31-ci ayənin tərcüməsini oxuyan Əmrə Uca Allahın əmri olan iffət və təqva paltarı hicaba azadlıq tələb etdi.“Təhsil müəssisələrinə hicaba qoyulan qadağa elm çağı olan indiki vaxtda elmə edilən axmaqca düşmənliyin ən aşkar göstəricisidir" deyilən bəyanatda, "Mühakimə olunan, qadağan edilən və maneə törədilməyə çalışılan İslami üsul olunda insan haqqları və azadlıq müdafiəçilərinin çoxu, bu qadağanı edənlərə qarşı ya səssiz qalmağı ya da qadağan etmələri dəstəkləməyi bilirlər. Halbuki tarixin heç bir dövründə heç bir haqsız söykəmə, insanın düşüncə və inancını maneə törətmək üçün qoyulan heç bir zorbaca qadağan haqlı müqavimətlər qarşısında uzun müddət dayana bilməmişdir” deyə davam edir.
Məktəb qapılarında hicabı açmaq həll deyil
Aksiyada səslənən bəyanatda deyilir: “Məktəbə qız uşaqlarını göndərən ana və atalara gəlincə! Əvvəlcə hicabın Allahın bir əmri olduğunu, heç bir şərt və mühitdə heç bir müsəlman qadının hicabı aça biləcəyi ilə əlaqədar İslamın sənədinin olmadığını bilməliyik. Qız uşaqlarının hicabla məktəblərin qapısına qədər gedib burada örtülərini çıxardıqdan sonra məktəbə hicabsız girmə kimi bir anlayışın həll olmadığını bilmək məcburiyyətindəyik.”Qeyd edək ki, ölkəmizdə olduğu kimi qardaş Türkiyədə hicab problemi yaşanır. Türkiyəli müsəlmanlar da buna qarşı dəfələrlə aksiyalar keçirsələr də məsələ öz həllini tapmamış qalıb.