Tarix : 2012 Feb 06
Kod 28463

Suriya xalqı Rusiya və Çinə təşəkkür

Xalq kütlələri Suriyanın daxili işlərinə qarşı hər cür xarici müdaxiləni rədd etdiyi üçün Rusiyaya və Çinə minnətdarlıqlarını səsləndiriblər
/Aran agentliyi

Xalq kütlələri Suriyanın daxili işlərinə qarşı hər cür xarici müdaxiləni rədd etdiyi üçün Rusiyaya və Çinə minnətdarlıqlarını səsləndiriblər
İslamazeri.az-ın "SANA"-ya istinadən verdiyi xəbərə görə, xalq kütlələri bu gün də Rusiya və Çinin Suriyanı dəstəkləyən mövqelərinə təşəkkür məqsədiylə ölkənin müxtəlif şəhərlərində meydanlara çıxıblar.
Dəməşqin "Sebibahrat" və Süveyda şəhərindəki "Əbədi lider" meydanına toplaşan xalq kütlələri, Suriyanın daxili işlərinə qarşı hər cür xarici müdaxiləni rədd etdiyi üçün Rusiyaya və Çinə minnətdarlıqlarını səsləndiriblər.
Suriya bayrağı ilə birlikdə Rusiya və Çin bayraqlarını da dalğalandıran kütlələr orduya da təşəkkür və minnətdarlıqlarını göstərən şüarlar səsləndiriblər.

  • Yazılıb
  • da (də) 2012 Feb 06