Tarix : 2012 Feb 08
Kod 28490

Azərbaycanda ədalət fışqırır! (Köşə yazısı)

O gün evdə oturub cinayət işi verilişinə baxırdım
/Aran agentliyi

 

Orda bir cinayət hadisəsi göstərdilər. Deməli bir əxlaqsız yuva aşkar etmişdilər. Amma bu yuva guya əvvəlcə massaj xidməti göstərmək üçün açılıbmış. Hadisənin qol-qabırğasını kəsib danışacağam, çünki məqsədim burda sizin üçün cinayət işini izah etmək deyil.

Deməli obyektin sahibi də bu hadisədən bixəbər kimi özünü qələmə verib. Deyir ki, mənim məqsədim massaj xidmətləri göstərmək olub. Sonra burdakı işçilər əlavə nə xidmətlər göstəriblərsə ondan xəbərim yoxdur. Xülasə qızları aparıb inzibati cəza verəcəklər, yəni müəyyən miqdarda pul cəriməsi ödəyib canlarını qurtaracaqlar. Obyektin sahibinə gəldikdə isə əgər onun bu işlərdən xəbərinin olması sübut olunsa 3 ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalana bilər.

İndi özünüz müqayisə edin. Bir əxlaqsız yuva açıb camaatın balalarını pozğunluğa çəkərək onları azdırmaq, onlarda müxtəlif zöhrəvi xəstəliklərin yaranmasına səbəb olmağın cəzası 3 il və ya əsl icraçılar isə pul cəriməsi ödəyərək, amma haqqı deməyin cəzası isə 11-12 ildir. Millət özünüzü qoruyun! Azərbaycanda ədalət fışqırır!

  • Yazılıb
  • da (də) 2012 Feb 08