İran İslam İnqilabının qələbə çalmasının ildönümü və Fəcr Ongünlüyü münasibəti ilə Bakıda keçirilən ''İran Film Günləri'' mərasimində iştirak edənlər İran ...
/Aran agentliyi
İran İslam İnqilabının qələbə çalmasının ildönümü və Fəcr Ongünlüyü münasibəti ilə Bakıda keçirilən "İran Film Günləri" mərasimində iştirak edənlər İran kinosunun insani, dini, əxlaqi, mənəvi və ailə dəyərlərinə əsaslanan özünə məxsus özəlliklərinə işarə edərək, İran kinosunun öz növündə dünyada lider kino adlandırıblar.
Kinorejissorlar, aktyorlar, kino-tənqidçilər və İran kinosu tərəfdarlarının iştirakı ilə keçirilən bu mərasim İranın Bakıdakı mədəniyyət mərkəzində təşkil edilib.
İran İslam Respublikasının Bakıdakı səfirliyinin mədəniyyət attaşesi İbrahim Nuri İslam İnqilabının müxtəlif sahələrdə böyük nailiyyətlər əldə etməsinə işarə edərək, kinematoqrafiya sahəsində də böyük nailiyyətlərin əldə edildiyini bildirdi və dedi: Hal hazırda İranda ildə yüzdən çox film çəkilir.
O, İran və Azərbaycan Respublikası arasında mədəni, tarixi və dini ortaqlıqların olmasına işarə edərək, iki ölkənin film və tele-serialların çəkilməsində birgə əməkdaşlığa malik olmalarını mühüm adlandırıb.
Mərasimin davamında tanınmış kinematoqrafçı və rejissor Ayaz Salayev İran kinosu ilə bağlı 20 illik araşdırmaları və tədqiqatları əsasında deyib: İran kinosu yüksək texniki göstəricilərdən istifadə etməklə yanaşı, insani, əxlaqi və ailə dəyərlərinə xüsusi diqqət göstərir və bu baxımdan yalnız regionda deyil, bütün dünyada birinci yerə malikdir.
Həzrət Yusif(ə) və Muxtarnamə filmlərini Azərbaycan dilinə dublyaj edən Kainat müəssisəsinin sədri Süleyman Fərzəliyev də bu mərasimdə deyib: İslam İnqilabının qələbəsi kino sənətinə rövnəq vermiş oldu. Və bu gün bir çox dünya xalqları İran kinosunun vurğunudur.
O, Azərbaycan Respublikası əhalisinin İran film və seriallarına böyük maraq bəslədiklərini deyərək, Həzrət Yusif(ə) və Muxtarnamə seriallarının ötən illərdə Azərbaycan Respublikasında ən populyar filmlər olduqlarını bildirib.
Universitet müəllimi və "İran Kinosu" kitabının müəllifi Aydın Dadaşov da dedi: Ölkələr özlərini tanıtdırmaq üçün külli miqdarda vəsait xərcləyirlər. Lakin, iranlı rejissorlar gözəl filmlər çəkməklə İslami İranla bağlı təsirli bir sima təqdim edirlər.
İncəsənət xadimi və İmam Əli(ə) serialında Malik Əşdər rolunu səsləndirən İlham Əsgərov da mərasimdə çıxış edərək, dedi: İran kinosu dəyərləri xüsusi diqqət göstərməklə dünyanın digər kinolarından fərqlənir.
İ.Əsgərov İranın kino sahəsindəki inkişafını heyrətamiz adlandırıb və İran kinolarının beynəlxalq festivallarda iştirakına işarə edib.
Mərasimin sonunda Həzrət Yusif(ə) və Muxtarnamə serialını dublyaj edənlər mükafatlandırılıblar. Habelə, İranla bağlı bir klip və Muxtarnamə serialından fraqmentlər nümayiş etdirilib.
Səhər.TV