Tarix : 2012 Feb 08
Kod 28493

Gey-parad Eurovisionun tərkib hissəsidir!

Çərşənbə axşamı, 7 Fevral 2012-də Admin tərəfindən Məqalələr kateqoriyasında yayımlandı.
/Aran agentliyi

 

Bir müddət əvvəl mətbuatda yayılan yazıda qalmaqallı gey-parad mövzusunun ermənilər tərəfindən ortaya atıldığı bildirilirdi. Əslində gey-parad Eurovisionun tərkib hissəsidir və bu yarışmaya qatılanların seksual oriyentasiyası həmişə şübhəli olub. Yazıda deyilir:

“Bakıda gey-paradın keçirilməsi təxribatının arxasında erməni diasporu və Ermənistan xüsusi xidmət orqanları dayanır.

Məlum olub ki, bu tipli təxribat xarakterli məlumatlar konkret məqsədlərlə konkret qruplar tərəfindən yayılırmış; üstəlik, bu istiqamətdə təşkilati fəaliyyət də aparılırmış. Əldə edilən məlumata görə, Eurovision mahnı müsabiqəsi ərəfəsində Bakı gey-paradı mövzusunu ilk olaraq ermənilərə aid beynəlxalq AGLA (Armenian Gays and Lesbians Association Erməni Gey və Lesbiyan Assosiasiyası) təşkilatı müzakirəyə çıxarıb. Mənbənin verdiyi məlumata görə, Bakı gey-paradı təxribat kampaniyasına birbaşa olaraq AGLA-nın Nyu-York təşkilatının rəhbərləri Aleks Sərkisyan və Mixail Yəqliyan rəhbərlik edib. Bu əməliyyatda onlara ABŞ-da yerləşən digər erməni gey təşkilatları, o cümlədən Galas LA (Los-Anceles erməniləri), GLAM (Boston), Q-Hye (San-Fransisko) dəstək verib. Bu üzdəniraq ermənilərin və onların gey təşkilatlarının Bakıda gey-parad keçirməsi təşəbbüslərinə LGBT dərhal dəstək verib və özününküləşdirib. Üstəlik saytına da yerləşdirib.

Bakıda keçirilməsi planlaşdırılan bu murdar aksiyanın əsas maliyyəçisi də ermənidir!..”

Bütün bunlar həqiqət ola bilər. Amma qeyd etməliyik ki, gey-parad Eurovisionun tərkib hissəsi kimi İsraildə layihələndirilib və İslama qarşı yönəlmiş tədbirdir.

Samir

  • Yazılıb
  • da (də) 2012 Feb 08