Tarix : 2012 Feb 08
Kod 28494

QƏHRAMANIMIZIN BUGÜN DOĞUM GÜNÜDÜR

Mübariz İbrahimov 1988-ci il fevralın 7-də anadan olub
/Aran agentliyi

 

Mübariz İbrahimov Ağakərim oğlu 1988-ci il fevralın 7-də Biləsuvar rayonu Əliabad kəndində anadan olub.

1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olub. 11 il oxuduqdan sonra 2005-ci ildə orta məktəbi bitirib.

Elə həmin il hərbi xidmətə çağrılıb. Xidmətinə (DQ) Daxili Qoşunların N saylı hərbi hissəsinin (XTB) Xüsusi Təyinatlı Bölüyündə başlamışdır.

Xidməti zamanı çavuş rütbəsi almış və xidmətini 2007-ci ildə bitirmişdir. Bir müddət mülki işlərdə işlədikən sonra 2008-ci ilin yayında yenidən öz arzusu ilə hərbiyə qayıtmaq istəsə də valideynlərinin razılığı olmayıb. Valideynlərini razı salaraq 2009-cu ilin avqust ayında hərbi xidmətə yollanıb.

Bu dəfə artıq Gizir kimi çalışmağa başlayıb. Çox çalışsa da əvvəl-əvvəl bir neçə ay düşmənlə sərhəd olan rayonlarda xidmət etmək ona nəsib olmayıb.

Nəhayət 2010-cu ilin aprel ayından Tər-Tər rayonunun N saylı hərbi hissəsində xidmətinə başlayir.

Çox çəkmir ki, uzun müddət düşündüyü, arzusunda olduğu "ŞƏHİDLİK" planını həyata keçirmək və düşmənə ən sarsıdıcı zərbəni vurmağın yollarını tapır.

Nəhayət ömrünün ən gənc çağında 22 yaşında (1988-2010) 19 iyun 2010-cu il tarixində gecə saat 23:30- radələrində düşündüyü əməliyyata başlayır.

22 yaşlı bu mərd oğul 1 km-lik neytral məsafəni (minalanmış sahəni) tək keçir və mənfur düşmənlərimizin ağla sığmaz sayda əsgər və zabitini elə birinci həmlədə məhv edir.

Sonra isə düşmənin öz silahlarını özünə istifadə edərək 5 saat tək orduya qarşı döyüşur. Düşmən ağır itkilərə məruz qalsa da nəhayət ki, səhər saatlarında canını bu bəladan qurtara bilir.

İgid vətən oğlu 19 iyun 2010-cu il tarixində qəhrəmancasına həlak olur. Özünün də dediyi kimi ALLAH BÖYÜKDÜR, VƏTƏN SAĞ OLSUN!

Allah yolunda öldürülənləri heç vaxt ölü hesab etmə. Əksinə, onlar diridirlər və Allahın yanında ruzi yeyərlər.» ( Ali-İmran, ayə -169)

Seyyid Mübariz İbrahimov şəhid olan gündən onun doğulub-böyüdüyü Biləsuvardakı ata ocağı ziyarətgaha çevrilib, insanlar şəhidimizin valideynlərini tək qoymayaraq, tez-tez bu evə baş çəkərək, onların itkisinə şərik olub və olacaqda.

Azərbaycan xalqı səni heç zaman UNUTMAYACAQ. Daim səninlə fəxr edib, adını yaşadacaq. Allah sənə rəhmət etsin.

azadxeber.az

  • Yazılıb
  • da (də) 2012 Feb 08