Tarix : 2012 Feb 08
Kod 28495

Azərbaycan öz torpaqlarını azad etmək məcburiyyətindədir

Bu gün Azərbaycan müdafiə naziri Səfər Əbiyevin Türkiyə SQ Baş Qərargahının rəisi Necdet Özelle görüşündə iki ölkə ...
/Aran agentliyi

 

 Bu gün Azərbaycan müdafiə naziri Səfər Əbiyevin Türkiyə SQ Baş Qərargahının rəisi Necdet Özelle görüşündə iki ölkə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Əbiyev Özele Qarabağ münaqişəsinin doğurduğu problemlər barədə məlumat verib. Onun sözlərinə görə, nizamlanma üzrə Minsk qrupunun işi konkret nəticə verməyib və buna görə Azərbaycan işğal edilmiş əraziləri başqa yollarla azad etməlidir. Bu səbəbdən ölkənin silahlı qüvvələri daim güclənir, deyə nazir qeyd edib.

Tərəflər həm NATO çərçivəsində, həm də ikitərəfli səviyyədə hərbi əməkdaşlığın bundan sonra da möhkəmləndirilməsi zərurətini qeyd ediblər.

Xatırladaq ki, Özəl Bakıya üçgünlük rəsmi səfərə gəlib.

Turan

  • Yazılıb
  • da (də) 2012 Feb 08