İnternet Qəzetinin baş redaktoru Ramin Bayramov, vəkili Ramil Məmmədovla yeni müqavilə bağlayıb
/Aran agentliyi
İnternet Qəzetinin baş redaktoru Ramin Bayramov, vəkili Ramil Məmmədovla yeni müqavilə bağlayıb
Vəkil Ramil Məmmədovdan verdiyiı məlumata əsasən, artıq İslamazeri.az İnternet Qəzetinin baş redaktoru Ramin Bayramovun məhkəməsinin təyin ediləcəyi vaxt gözlənilməkdədir.
Ramil Məmmədov bildirib ki, tərəflər arasında yeni müqavilə imzalanıb və yeni müqaviləyə əsasən o müvəkkilinin hüquqlarını məhkəmədə də müdafiə edəcək.
Ramin Bayramova qarşı ittihamların dəyişməz qaldığını qeyd edən vəkil, istintaq materiaları ilə tanış olduqlarını, məhkəmə gününün təyin ediləcəyini gözlədiklərini deyib.
Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanan İslamazeri.az İnternet Qəzetinin baş redaktoru Ramin Bayramov ötən ilin avqustun 11-də həbs olunub.
O, Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə günahlandırılır.
Respublika Narkoloji Dispanseri Ramin Bayramov haqqında rəyinə görə, o, narkotik maddə istifadəçisi deyil.
islamazer