Məktəb direktoru Allahverdi Abbasov bu qadağanın YUXARILARIN tapşırığı olduğunu bildirib
/Aran agentliyi
Qaradağ rayonu Sahil qəsəbəsində 228 saylı orta məktəbə Hicablı şagirdlər buraxılmır. Məktəb direktoru Allahverdi Abbasov bu qadağanın YUXARILARIN tapşırığı olduğunu bildirib. Dindarlardan bir neçəsi məktəb direktoru Allahverdi müəllimlə görüşmüş və Prezident İlham Əliyevin rusiyalı jurnalist Sergey Brilevlə müsahibəsini ona göstərmişlər.
Xeber44.com saytının əldə etdiyi məlumata görə, Məktəb direktoru “Prezidentin hicabla bağlı dediklərinə bizə bu lazım deyil, bu tapşırığı bizə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rızaquliyeva verib və deyib məktəbə Hicablı şagirdləri buraxmayın vəssalam” cavabını verib.
Xatırladaq ki, «Vesti v subbotu» kollektivinin əməkdaşı Sergey Brilev Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 50 illiyi münasibəti ilə əlaqədar ondan müsahibə alıb. Söhbətdə Azərbaycanda İslama münasibət mövzusuna da toxunulub.
Sergey Brilevin «Azərbaycandan cənubda hicab vacibdir. Ölkənizdən şərqdə isə bir sıra ölkələr müəyyən qadağalar həyata keçirir, məsələn iş yerində namaz qılmaq olmaz və sair. Bəs bu müzakirələrdə Sizin yeriniz haradadır» sualına prezident İlham Əliyev belə cavab verib:
- Heç bir yerdə. Ölkəmizdə bu sahədə heç bir qadağa yoxdur. Hər kəs istədiyi kimi inkişaf edə bilər. Və bu hər bir vətəndaşın hüququdur.
Xeber44.com