Tarix : 2012 Feb 09
Kod 28530

Əli Kərimli prezident seçkilərində hakimiyyətə əsas rəqibdir

Sorğunun nəticələri bunu ortaya qoydu
/Aran agentliyi

 

Azadlıq” radiosu “2013-cü ildə Ilham Əliyevin əsas rəqibi kim olar?” mövzusunda sorğu keçirir. Səsvermə bu il yanvarın 8-dən radionun saytında yerləşdirilib. Sorğu hələ davam edir. Indiyə kimi 2896 nəfərin səs verdiyi nəzərə çatdırılır.

Bir ay ərzindəki səsvermənin nəticələrinə görə, 2013-cü ildəki prezident seçkilərində Ilham Əliyevin əsas rəqibi Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli sayılır. Səslərin 40%-i Ə.Kərimliyə verilib. Amma hakimiyyət sorğunun nəticələrinə görə indi əsas rəqib sayılan Ə.Kərimlinin hələ də xarici pasport məsələsini həll etməyib.

Sorğuya görə ikinci yeri tutan Müsavat Partiyası başqanı Isa Qəmbərə səslərin 29,5%-i verilib.

Maraqlısı budur ki, cəmiyyətdə 2013-cü ildə prezidentliyə namizəd kimi adı hallandırılan deputat Mehriban Əliyevaya 9,5% səs verilib. Mühacirətdə olan eks-spiker Rəsul Quliyev səslərin 5,7%-ni, Ziyalılar Forumunun qurucularından Eldar Namazov isə 3,6%-ni qazanıb.

 

  • Yazılıb
  • da (də) 2012 Feb 09