Rusiyada yaşayan erməni diasporu Moskvada qondarma soyqırım abidəsinin tikilməsi üçün baş nazir Vladimir Putindən kömək istəyib
/Aran agentliyi
FaktXeber.com xəbər verir ki, Putinin seçki kampaniyasının rəhbəri məşhur rejissor Stanislav Qovoruxinə istəklərini çatdıran erməni diasporu, abidə ilə əlaqədar Putindən kömək istəyiblər. Onlar Putinə səs verəcəklərini bildiriblər.
Erməni mətbuatının məlumatına görə isə Qovoruxinlə görüşən diaspor nümayəndələri, Rusiya Erməniləri Birliyinin rəhbəri Abramyan və erməni mənşəli millət vəkili Artar Çilinqarov, Putinin siyasi xəttini dəstəklədiklərini bildiriblər.