Tarix : 2012 Feb 09
Kod 28539

Təbrizdən Bakıya salam olsun!

Mənim bakılı, gəncəli, naxçıvanlı azəri qardaş və bacılarım, sizə Təbrizdən salam olsun
/Aran agentliyi

Mənim bakılı, gəncəli, naxçıvanlı azəri qardaş və bacılarım, sizə Təbrizdən salam olsun. Mən facebooka gəlməyim təbrizli gənclərin bir ürək ağrısına görədir. Bu da may ayında Bakıda olası Eurovision, bir də gey-paraddır. Xəcalət çəkirəm bu barədə danışmağa. Gör müsəlman türkləri nə hala saldılar ki, Bakıda homoseksuallar parad keçirəcək. Mən bütün azəri soydaşları bu çirkin işə etiraz etməyə çağırıram. Aşağıdakı yazı bu mövzudadır. Mənim məktubumu hazırlayan və aşağıdakı yazını tərcümə edən Sevil xanıma təşəkkür edirəm. Allah İslamı qorusun.

 

 Azərbaycanlı diplomat ənənələrə zidd musiqi yarışması ilə fəxr edir!..

 Azərbaycan Respublikasının İrandakı səfirliyinin ikinci şəxsi sayılan  İbrahim Qafarov Bakıda Eurovision-2012 müsabiqəsində geylərin paradına bəraət qazandıraraq bu hadisəni Azərbaycanda insan haqlarının təcəssümü kimi dəyərləndirib.

İnformasiya mərkəzinin verdiyi xəbərə görə Qafarov gey-paradı Azərbaycan Respublikasında azadlıq rəmzi olaraq qürur səbəbi sayıb. Qafarov bildirib ki, Azərbaycanın ötən il Almaniyanın Düsseldorf şəhərində Eurovision yarışmasında qələbəsinə şübhə ilə yanaşılsa da, Bakı qalib gəlib bu yarışmaya ev sahibi statusu aldı. Hətta fövqəladə hallar naziri Kəmaləddin Heydərovun vasitəsilə rüşvət kampaniyası xaricilərin Bakıya gəlişinə mane olmayacaq.

Qafarov sözünə belə davam edib ki, mavilərin karnavalına dünyanın hər yerindən geylər axışacaq və bu müsabiqəyə xərclənmiş milyonlarla dolların yerini dolduracaq.

Qeyd edək ki, Azərbaycan prezidentindən sonra ölkənin ikinci şəxsi sayılan Kəmaləddin Heydərov əvvəllər Gömrük Komitəsinin sədri olub.

Təəccüblü budur ki, əhalisi şiə olan Azərbaycan Respublikasının ali rütbəli dipolmatı bu çirkin sözləri Tehran universitetində xarici işlər nazirliyi rəsmilərinin iştirakı ilə keçirilən toplantıda dilə gətirib.

 http://www.facebook.com/notes/#!/notes/javad-tabrizi/t%C9%99brizd%C9%99n-bak%C4%B1ya-salam-olsun/104459909681567

  • Yazılıb
  • da (də) 2012 Feb 09