Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı daimi təmsilçisi İran xalqın və hökumətini İslam İnqilabının əzəmətli qələbəsinin ildönümü münasibəti ilə təbrik edib
/Aran agentliyi
Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı daimi təmsilçisi İran xalqın və hökumətini İslam İnqilabının əzəmətli qələbəsinin ildönümü münasibəti ilə təbrik edib.
Aqşin Mehdiyev deyib: Yaxın Şərq regionu hövzəsində baş verənlərdə İran xalqının müstəsna rolu olub.
BMT-nin Milenium hotelində dünyanın müxtəlif ölkələrinin səfirləri və diplomatlarının iştirakı ilə İslam İnqilabının qələbəsinin ildönümü münasibəti ilə keçirilən mərasimin çərçivəsində Mehdiyev deyib: Biz İrana qonşu və dost bir ölkə olaraq bu ölkənin milli şənlik mərasimində iştirak etməyimiz üçün çox sevinirik.
Qeyd edək ki , İslam inqilabının əzəmətli qələbəsinin ildönümünə məxsus bir mərasim cümə axşamı ( 9 fevral) BMT-nin Milenium otelində dünyanın müxtəlif ölkələrinin səfirləri , bu beynəlxalq təşkilatın bəzi müavinləri və diplomatlarının iştirakı ilə keçirilib və iştirakçıları İran xalqı və hökumətinin bu təşkilatdakı təmsilçisi Məhəmməd Xəzaini bu mübarək gün münasibəti ilə təbrik ediblər.