Tarix : 2012 Feb 11
Kod 28555

M.Əliyeva Azərbaycan cəmiyyətində Fransaya qarşı narazılıq doğurduğunu dedi

Nəhayət ki, Azərbaycan Respublikası Parlamentində Fransa ilə dostluq qurupunun sədri olan birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransa Senatında qondarma erməni ...
/Aran agentliyi

Nəhayət ki, Azərbaycan Respublikası Parlamentində Fransa ilə dostluq qurupunun sədri olan birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransa Senatında qondarma erməni soyqırımının inkarına görə cəza nəzərdə tutan qanunun qəbul edilməsinin Azərbaycan cəmiyyətində narazılıq doğurduğunu bildirib.

AzərTAc-ın məlumatına görə, Mehriban Əliyeva, qanunun əleyhinə çıxmış senatorlara təşəkkür edib və ümidvar olduğunu bildirib ki, Konstitusiya Şurası demokratiyaya və söz azadlığına zidd olduğuna görə bu qanunun qüvvəyə minməsinə imkan verməyəcək.

Mehriban Əliyeva bu sözləri Fransa-Qafqaz dostluq qrupunun sədr müavini, Fransa-Azərbaycan işçi qrupunun rəhbəri Natali Qulenin başçılıq etdiyi senatorlardan ibarət nümayəndə heyəti ilə görüşündə deyib.

Yanvarın 23-də Fransa Senatı “erməni soyqırımı”nı inkar edənlərə qarşı 1 il həbs və 45 min avro cərimə cəzalarını nəzərdə tutan qanun qəbul edib. Senatın 72 deputatı Fransa Konstitusiya Şurasına müraciət edərək qanunun ləğvini istəyib!

  • Yazılıb
  • da (də) 2012 Feb 11