Tarix : 2012 Feb 11
Kod 28558

Hicab məhbsu Həsən Məmmədov dindarları təbrik edir

Həsən Məmmədov həbsxanadan zəng edərək
/Aran agentliyi

Cəlilabad rayon şəhidlər məscidinin dini icmasının sədri Hüseyn Məmmədov Peyğəmbərlərin sonuncusu, kainatın əşrəfi Həzri Məhəmmədin (s.ə.v.s) və İmam Sadiq (ə) mövludları münasibəti ilə müsəlmanları və xüsusəndəhəbsdə olan islamçıları təbrik edir.
Hüseyn Məmmədovun islamazeri.az-a bildirib ki, qardaşı hicab məhbusu olan ruhani Həsən Məmmədovun da həbsxanadan zəng edərək dindar bacı və qardaşları təbrik edib. Haqsız yerə həbsdə yataların tezliklə gələn bayramları azadlıqda keçirmələrini arzu edib.
Xatırladaq ki, Həsən Məmmədov ötən ilin yanvar ayının 25-i ölkədə hicab qadağasının tətbiq edilməsinə etiraz etdiyi üçün həbs edilib. Apellyasiya məhkəməsi barəsində çıxarılmış 3,6 il həbs qərarını 2 ilə endirib.

  • Yazılıb
  • da (də) 2012 Feb 11