Tarix : 2012 Feb 11
Kod 28560

Heydər Əliyevin Bosniyadakı heykəlinə 408 min Avro ayrılıb

Azərbaycan Respublikası Nazirlər Kabineti Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində Heydər Əliyevin heykəlini quraşdırmaq məqsədi ilə 408 min Avro Bosniya ...
/Aran agentliyi

Azərbaycan Respublikası  Nazirlər Kabineti Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində Heydər Əliyevin heykəlini quraşdırmaq məqsədi ilə 408 min  Avro Bosniya və Herseqovinaya bağışlayır.
Sarayevo şəhərində “Dostluq parkı” və abidə kompleksinin tikintisi və bərpa-təmir işlərinin aparılması ilə bağlı Azərbaycan Respublikası  Nazirlər Kabineti sərəncam imzalayıb.
Sərəncamda “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”na əsasən Sarayevoda “Dostluq parkı” və abidə kompleksi ilə bağlı tikinti və bərpa-təmir işlərinin başa çatdırılması məqsədilə 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Xarici İşlər Nazirliyinə 408259 avro məbləğində vəsaitin manat ekvivalentinin ayrılması tapşırılıb.
Xatırladaq ki, bundan əvvəl isə rəsmi Bakı  analoji məqsədlə yəni  Heydər Əliyevin heykəlini quraşdırmaq məqsədi ilə Serbiyaya da 500 min avro bağışlamışdı.
Rəsmi Bakı son illərdə  digər bir neçə olkədə Heydər Əliyevin heykəlini quraşdırmasına müvəffəq olub.

Səhər TV

  • Yazılıb
  • da (də) 2012 Feb 11