Tarix : 2012 Feb 12
Kod 28565

22 Bəhmən nümayişləri əzəmətli oldu

Əzəmətli İlahi 22 Bəhmən nümayişi, bütün İslami İranla eyni zamanda Tehranda da Azadi meydanına doğru gedən bütün küçələrdə və prospektlərdə keçirildi
/Aran agentliyi

Əzəmətli İlahi 22 Bəhmən nümayişi, bütün İslami İranla eyni zamanda Tehranda da Azadi meydanına doğru gedən bütün küçələrdə və prospektlərdə keçirildi. Bu gün qadın, kişi, yaşlı və gənc səhnəyə daxil oldular ki, öz amallarını müdafiə etməkdə dünyanı heyrətdə qoyduqları günləri bir daha xatırlasınlar. Bu gün hamı gəldilər ki, desinlər, 33 il öncə İmam Xomeyni-yə ləbbəyk dedikləri kimi hazırda da İmam Xameni-yə ləbbəyk deyirlər. əzəmətli yürüş iştirakçıları vətənə bəslədikləri eşq niyyəti ilə, neçə kilometr uzunluğunda olan İran İslam Respublikasının bayrağını Azadi meydanına qədər daşıyıblar.

Tehranda və bütün İrandakı 22 Bəhmən nümayişlərinin iştirakçıları "Amerikaya Ölüm"  və " İsrailə Ölüm" şüarları ilə öz inqilablarının zəfər çalmasının 33 ildönümünü qarşılamağa getdilər.

Paytaxt Tehran sakinlərinin yürüşündə İranın silahlı qüvvələrinin çox yüksək qabiliyyətləri ilə ələ keçirilən " RQ-170" tipli pilotsuz təyyarənin bir maketi həqiqi ölçülərində Azadi meydanında 22 Bəhmən mərasiminin keçirilməsi məkanın qarşısında nümayiş etdirilmişdi və bəzi plakatların üzərində "Obama təyyarə həsrətindədir" yazılmışdı.

22 Bəhmən nümayişinin iştirakçıları həmçinin üzərində " Sionist rejimin həyatının sonu" yazılmış tabutlarda daşıyırdılar.

Nümayiş iştirakçıları İran İslam Respublikasının nüvə şəhidlərinin fotoşəkillərini daşıyaraq, İranın sülhsevər proqramını himayə etdiklərini elan ediblər.

22 Bəhmən Nümayişinin iştirakçıları əzəmətli ilahi 22 Bəhmən nümayişinin son qətnaməsində belə təkid ediblər:" İranın Vilayəti-Fəqiyə həmişə tabe olan xalqı Amerika başda olmaqla Qərbin kapitalizm düşərgəsi tərəfindən habelə Qəsbkar sionist rejimin təhriki və nökərçiliyi ilə habelə BMT Təhlükəsizlik Şurası və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik kimi beynəlxalq qurumların bu qeyd edilən şər düşərgəyə tabe olması həmçinin ikili standartların tətbiq edilməsini məğlubiyyətə məhkum olan hərəkətlər adlandırır və bu cur düşmənçiliyə əsaslanan və şərlə dolu  hərəkətləri Qərbin materialist sivilizasiyasının alnında bir qara və təhqiramiz ləkə kimi qiymətləndirir".

22 Bəhmən Nümayişinin iştirakçıları əzəmətli ilahi 22 Bəhmən nümayişinin yekun qətnaməsində sonra belə bildirilir:" Hazırda İran İslam Respubilkası İslam ölkələrində İslami Oyanış üzrə yeni hərəkatlara habelə Qərb dünyası xüsusiyyət təşkil etməklə bütün dünyadakı ədalətsevər oyanış hərəkatlarına ilhamvericidir".

  • Yazılıb
  • da (də) 2012 Feb 12